“Mitsubishi” elektrik avtomobilləri istehsal edəcək

“Mitsubishi” elektrik avtomobilləri istehsal edəcək

Yaponiyanın “Mitsubishi Electric” şirkəti və qabaqcıl avtomobil hissələri buraxan “Aisin” şirkəti elektrik avtomobillərinin istehsalına dair birgə müəssisə yaratmaq barədə razılıq əldə ediblər.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, tam elektrik və hibrid avtomobillər üçün mühərrik və digər komponentlər istehsal edəcək birgə müəssisədə “Mitsubishi” 66, “Aisin” isə 34 faiz paya sahib olacaq.

“Mitsubishi” avtomobil hissələri biznesindən, o cümlədən yanacaqla işləyən avtomobillər üçün injektorlar istehsalından imtina edərək, resurslarını elektrikli nəqliyyat vasitələrinə yönəltməyi qərar alıb.

Tərəflər ümid edir ki, onların əməkdaşlığı sürətlə inkişaf edən elektrik avtomobili sənayesində rəqabət qabiliyyətini artıracaq.

Şahin Cəfərov

Pekin

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
453 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 39 dəq. əvvəl
  • 12
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 46