Moskvada azərbaycanlı hərbi pilot Züleyxa Seyidməmmədovaya həsr olunmuş tədbir keçirilib

Moskvada azərbaycanlı hərbi pilot Züleyxa Seyidməmmədovaya həsr olunmuş tədbir keçirilib

“İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının generalı Həzi Aslanov adına Böyük Qələbə Varisləri Assosiasiyası” regional ictimai birliyi II Dünya Müharibəsi veteranı, Stalinqrad və Kursk döyüşlərinin, Korsun-Şevçenko əməliyyatının iştirakçısı, kapitan rütbəli ilk azərbaycanlı hərbi qadın pilot, sovet ictimai və dövlət xadimi Züleyxa Seyidməmmədovaya həsr olunmuş tədbir keçirib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tədbidə müharibə veteranları, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbiri General Həzi Aslanov adına Böyük Qələbə Varisləri Assosiasiyasının sədri Əli Kazımov açaraq Azərbaycan xalqının igid qızının həyat və fəaliyyətindən danışıb.

Qəhrəman pilota həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə, həmçinin, regional ictimai birlik sədrinin müavini İrina Silina, iştirakçılara video zəng vasitəsilə müraciət edən Azərbaycan Mülki Aviasiya Muzeyinin əməkdaşı Rubabə Abıyeva, müharibə veteranı İvan Lıtkin çıxış ediblər. Onlar faşizm üzərində qələbənin bütün çoxmillətli sovet xalqının qəhrəmanlığı sayəsində əldə edildiyini xüsusi qeyd ediblər.

Fəridə Abdullayeva

Moskva

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
490 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 32 dəq. əvvəl
  • 10
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 19
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 27
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 35
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 38
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 45