Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Moskvada gənc şairə Səidə Rəhimlinin “Yenə nağıl istəyirəm” (“Мне вновь хочется сказки”) adı kitabının təqdimatı keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, kitabı rus dilinə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, Azərbaycan, Rusiya və Avrasiya Yazıçılar birliklərinin üzvü, şair-tərcüməçi Afaq Şıxlı tərcümə edib.

Tədbiri gecənin təşkilatçısı, Moskva şəhəri Qərb bölməsi Milli-Mədəni Muxtariyyatının sədri Əli Kazımov açaraq, Səidə Rəhimlinin yaradıcılığından danışıb.

Afaq Şıxlı isə öz çıxışında tərcümə işinin əhəmiyyətindən və məsuliyyətindən danışıb: “Tərcüməçi müəllifin ruhunu, açıqlamaq istədiyi mövzunu qoruyub saxlamaqla, müəllifi başqa dildə danışdırır. Tərcümənin gözəlliyi – onun unikallığı, orijinaldan əsla zəif olmamasıdır. Bir tənqidçinin dediyi kimi, tərcümə – tərcüməçinin avtoportretidir”.

A. Şıxlı vurğulayıb ki, qürbət ellərdə yazılan şeirlərin bambaşqa ab-havası olur: “Mühacir yazarların özgə bir fəlsəfəsi, əsərlərinin isə özgə bir çaları olur. Onlardan biri də Rusiya Federasiyasının Moskva şəhərində yaşayan, ilk kitabını məhz bu şəhərdə ərsəyə gətirən gənc şairə Səidə Rəhimlidir”.

Gecədə Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov, Azərbaycan diasporunun üzvləri - Həşim Əliyev, Validə Məmmədova, Leyla Fərəcova, Nəsibə Fərəcova, Nəzakət İbrahimova, Yaşar Süleymanlı, Abbas İlham, Ülviyyə Əzizova, Reyhanə Aslan, Rəşid Mədədzadə və başqaları həm kitabın müəllifi, həm də tərcüməçisi haqqında öz ürək sözlərini söyləyiblər.

Qiraətçilər Səidə Rəhimlinin Azərbaycan və rus dillərində şeirlərini səsləndiriblər.

Fəridə Abdullayeva

Moskva

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
29 gün əvvəl
414 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 1 saat əvvəl
  • 12
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 14
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 2 saat əvvəl
  • 28
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 3 saat əvvəl
  • 34
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 4 saat əvvəl
  • 39
Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin...
  • 5 saat əvvəl
  • 48