MSK Milli Məclisə seçkilərlə əlaqədar “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb

MSK Milli Məclisə seçkilərlə əlaqədar “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi proqramı çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildiriblər ki, layihə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları barədə məlumatlılığının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.

Nəşrdə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması, səsvermənin nəticələri müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurların aydın, müfəssəl və əhatəli izahı verilib.

Seçki Məcəlləsinin müddəaları, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası dairə və məntəqə seçki komissiyalarının üzvlərinə, müşahidəçilərə, habelə maraqlanan seçki subyektlərinə çatdırılıb.

“Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
393 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley matçını keçirib
“Araz-Naxçıvan”ın futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu...
  • 4 saat əvvəl
  • 41
Güclü daşqınlar Avropanı cənginə alıb
“Boris” qasırğasının səbəb olduğu leysan yağışlar Mərkəzi və Şərqi Avropada son...
  • 4 saat əvvəl
  • 40
®  Rəhbərlərə Çağırış: “Gardashlar Mebel”in smart masası ilə Sağlamlığınızı Qoruyun
“Gardashlar Mebel” şirkətinin təsisçisi Əli Mirzəyev: “Smart masa mənim də...
  • 5 saat əvvəl
  • 43
Paytaxtdakı 53 nömrəli məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib
Paytaxtdakı 53 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir...
  • 6 saat əvvəl
  • 41
Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 7 saat əvvəl
  • 49
FTB: Tramp sui-qəsd cəhdinin hədəfi olub
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp...
  • 8 saat əvvəl
  • 54