Müasir iqlim dəyişmələrinin təbii komplekslərə təsiri - beynəlxalq elmi seminar

Müasir iqlim dəyişmələrinin təbii komplekslərə təsiri - beynəlxalq elmi seminar

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Türkiyənin Siirt Universiteti, Lənkəran Dövlət Universiteti və Gəncə Nəbatat Bağı ilə birgə “Müasir iqlim dəyişmələrinin təbii komplekslərə təsiri” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

İnstitutdan bildirilib ki, tədbirdə direktor Minarə Həsənova qlobal iqlim dəyişiklikləri və onların canlı aləmə təsirinin dünya birliyini getdikcə daha çox narahat etdiyini diqqətə çatdırıb. Ölkəmizin də qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmadığını, bunun özünü xüsusilə kənd təsərrüfatı, su resursları, enerji, meşə və digər sahələrdə göstərdiyini, son illərdə dünyada təbiətdən səmərəli istifadə olunmaması nəticəsində biomüxtəlifliyin təhlükə altına düşdüyünü söyləyib. O, problemlərin həlli istiqamətində ölkələrin elmi-praktik nailiyyətlərinin paylaşılması məqsədilə belə seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib.

Beynəlxalq elmi seminarda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu ilin noyabrında Azərbaycanda keçirilməsindən, ekoloji problemlər və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən və təbiət elmləri sahəsində çalışan alimlərin üzərinə düşən vəzifələrdən bəhs edilib. Həmçinin mövzularla bağlı slaydlar təqdim edilib.

Lənkəran Dövlət Universitetindən sosial məsələlər üzrə prorektor vəzifəsini icra edən Ramiz Şəmmədov və başqaları məruzələrlə çıxış ediblər.

Türkiyənin Siirt Universitetinin professorları Arzu Çığ və Fatih Çığ Dendrologiya İnstitutunun 2015-ci ildən başlayaraq müntəzəm olaraq Azərbaycan, Türkiyə, Belarus, Qazaxıstan və Rusiyanın müvafiq qurumlarının birgə təşkilatçılığı ilə iqlim dəyişmələrinin biomüxtəlifliyə təsiri mövzusunda beynəlxalq simpoziumlara ev sahibliyi etdiyini diqqətə çatdırıblar.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
13 gün əvvəl
384 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 2 dəq. əvvəl
  • 1
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 1 saat əvvəl
  • 16
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 2 saat əvvəl
  • 25
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 2 saat əvvəl
  • 34
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 4 saat əvvəl
  • 36
Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti
Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni...
  • 5 saat əvvəl
  • 47