Müdafiə naziri: Türkiyə Azərbaycanın yanında olub və olacaq

Müdafiə naziri: Türkiyə Azərbaycanın yanında olub və olacaq

Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Yaşat” Fondu və “Sahibkarlar və Türkiyə və Azərbaycan Sənayeçiləri” (TÜİB)” İctimai Birliyinin birgə həyata keçirdiyi “Qardaş ailə” proqramı çərçivəsində Ankaraya gəlmiş Qarabağ müharibəsi şəhidlərinin bir qrup qohum və yaxınlarını qəbul edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak da iştirak edib.

Türkiyəli nazir vətənlərinin ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda mübarizədə qəhrəmancasına canlarından keçmiş Azərbaycan övladlarının xatirəsini ehtiramla yad edib. “Azərbaycan oğulları torpaqlarını geri qaytarmaqla əsl vətənpərvərlik nümayiş etdirdilər. Bu qəhrəmanlar türklərə yaraşan hərəkət ediblər. 44 günlük müharibədə Azərbaycanın şanlı ordusunun əldə etdiyi böyük qələbə Azərbaycan xalqının onilliklər boyu üzləşdiyi ədalətsizliyə son qoydu. Bu qələbə həm də işğal dövründəki qanunsuzluqlara göz yumanların hamısına cavab oldu”, - deyə Güler bildirib.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, türk xalqının iradəsini qırmağa heç kimin gücü çatmaz.

“Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək bütün dünyaya göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin olunmasında əvəzsiz amildir. Azərbaycanın gücü Türkiyənin qüdrəti, Türkiyənin gücü isə Azərbaycanın qüdrətidir”, - deyə türkiyəli nazir vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Qarabağ müharibəsində şəhid olanlar arasında Türkiyənin hərbi təhsil müəssisələrinin məzunlarının da olduğuna diqqət çəkib. “Bu, qardaşlığımızın daha bir göstəricisidir. Biz Azərbaycanın yanında olmuşuq və olacağıq”, - deyə Güler əmin edib.

Sentyabrın 2-dək davam edəcək səfər çərçivəsində 4-cü Ordu komandanlığının qərargahında, Prezident Administrasiyasında, eləcə də Türkiyənin Gənclər və İdman Nazirliyində də şəhid ailələri ilə görüşlər planlaşdırılıb.

Səfər proqramına Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsi və ev-muzeyinə ziyarətlər daxildir. Bundan əlavə, şəhid ailələri Türkiyə paytaxtının Cebeci bölgəsində şəhid olan türk əsgərlərinin məzarlığını ziyarət edəcəklər. Hacı Bayram Vəli məscidində Azərbaycan və Türkiyə qəhrəmanlarının xatirəsinə dualar oxunacaq.

Türkiyədə qazi və şəhid ailələrinin ictimai birliklərinin nümayəndələri ilə də danışıqların aparılması planlaşdırılıb.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
16 gün əvvəl
359 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Azərbaycan xalqı Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını heç vaxt unutmayacaq
Birinci Dünya müharibəsi zamanı Azərbaycan milli-azadlıq hərəkatının liderləri böyük...
  • 14 dəq. əvvəl
  • 6
Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb
Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.ILK.AZ Azərtac-a...
  • 28 dəq. əvvəl
  • 7
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti...
  • 1 saat əvvəl
  • 23
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyən ediblər
15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz...
  • 3 saat əvvəl
  • 30
Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi...
  • 4 saat əvvəl
  • 38
Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad...
  • 5 saat əvvəl
  • 45