Müdrik kəlamlar və hikmətli sözlər
Dahi şəxsiyyətlərdən müdrik kəlamlar, hikmətli sözlər mövzusunda məqalə hazırladıq. Məqalə daxilində hikmətli sözlər yazılı şəkilləri telefonunuza endirə bilərsiniz və whatsapp statusda, instagram hesabınızda paylaşa bilərsiniz.
1. Dil sözlər qulaq dinlər, qəlb söylər kainat dinlər.. - Yunus Əmrə
2. Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir... Şəms Təbrizi
3. Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. - C.Robertson
4. Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür. - Xəlil Cibran
5. Yaşamaq! Bir ağac tək və azad və bir meşə tək qardaşcasına. - Nazım Hikmət
6. Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz. - Sokrat
7. Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır. - Dədə Turxan
8. Bu həyatda ən dəyərli şey zamandır. Kimə hədiyyə etdiyinə diqqət et. - Özdəmir Asaf
9. Bizim şəxsiyyətimiz bağ, iradəmiz isə bağbandır. - Uilyam Şekspir
10. Əsas özünə inanmaqdır. Ətrafdakıların fikri hər gün dəyişir. - Will Smith
11. Savaşmaq istəyirsənsə, öz cahillyinlə savaş.- Albert Eynşteyn
12. Zalımların çarxı, cahillərin işləməyən başlarıyla dönür. - Viktor Hüqo
13. Elə insanlar var ki, onların qüsurları olmasaydı, istedadları da heç vaxt üzə çıxmazdı. -Vovenarq
14. Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç nə bilmirsiz.- Paulo Koelyo
15. Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur... - Sartre
16. Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli. - Hüseyn Cavid
17. Nə şəhvət, nə yuxu, nə də ki yemək,
Həyatın mənası olmasın gərək.
Yeməyi, yatmağı bu aləmdə sən
Eşşək, öküzdə də görə bilərsən... - Nizami Gəncəvi
18. Artıq yaşamaq üçün bir səbəbimiz olmalıdır; öyrənmək, kəşf etmək, azad olmaq kimi. - Riçard Bax
19. Elə yaşa ki, sanki sabah öləcəksən; elə oxu ki , sanki əbədi yaşayacaqsan. - Mahatma Qandi
20. Kitab oxuyan biri ölmədən öncə minlərlə həyat yaşayar. - Corc Martin
21. İnsan ruhunu ucaldan əzab hər zaman kiçik xoşbəxtliklərdən daha yaxşıdır. - Fyodor Dostoyevski
22. Yarat bir əsər ki, adın ucalsın
Sən ölüb gedərkən yerində qalsın. - Əbdürəhman Cami
23. Öldükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər bir həyat yaşayın.- Viktor Hüqo
Dostlarınla paylaş:
5833 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Çox məmnunam.Daima bəyənirəm.