Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçiriblər.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olunmuş Mirdamət Ağayev saxlanılıblar. Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilən 15 kiloqram narkotik vasitə marixuana aşkarlanıb.

M.Kərimov və M.Ağayev narkotikləri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər. Saxlanılanlar narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
239 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 43 dəq. əvvəl
  • 12
Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib
İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan...
  • 2 saat əvvəl
  • 24
Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək
Prezident Emmanuel Makron Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar bu gün Fransa Müdafiə...
  • 2 saat əvvəl
  • 26
Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub
Səudiyyə Ərəbistanının Kralı, 88 yaşlı Salman bin Əbdüləziz Əl Səudə pnevmoniya...
  • 3 saat əvvəl
  • 31
“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir
Axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən...
  • 4 saat əvvəl
  • 39
Parisin hava limanlarının işçiləri tətil edəcəklər
Parisin Orli, Le Burje və Şarl de Qoll hava limanlarının işçiləri Olimpiya Oyunları zamanı...
  • 5 saat əvvəl
  • 43