Narsisizm nə deməkdir? Narsisist kimə deyilir?

Narsisist sözü bir insanın özünə sitayiş etməsi, özünə aşiq olması kimi tərif edilə bilər. Ziqmund Freyd narsisizmi "xarici dünyadan təcrid olunmuş cinsi enerjini eqoya yönəltmək" kimi izah edib.

Yunan mifologiyasından günümüzədək gəlmiş narsisizm sözü mifoloji qəhrəman Narkissosun adından götürülüb. Narsisist şəxsiyyət pozğunluğu olan insanlar özlərini uca tutarkən, başqalarına xor baxır və alçaldırlar.

Narsisist nədir?

Narsisist nədir?

Narsisist insanlar özlərini çox sevən, özlərini üstün görən, hər zaman təqdir və diqqət gözləyən, imtiyazlı olduqlarına inanan və xüsusi rəftar gözləyən şəxsiyyətlərə sahib olan insanlardır. Bu şəxsiyyət pozğunluqları insanın həyatınatəsir edir və onu ətrafdakı insanlardan uzaqlaşdırır.

Narsisizm nə deməkdir?

Narsisizm öünü aşırı sevmək, təkəbbürlü olmaq halıdır. İnsan sağlamlığı üçün zəruri olan özünə sevgi halı müəyyən bir səviyyədən sonra psixoloji narahatlığa çevrilə bilər. arsisist insanlar başqalarının düşüncələri ilə maraqlanmadığı üçün böyük bir xəstəlikdən əziyyət çəkirlər.

Narsisist şəxslərin xüsusiyyətləri

Narsisist şəxslərin xüsusiyyətləri

Narsisist insanların əsas davranışlarını sizinlə bölüşəcəyik. Beləliklə, bu nəticələrə əsaslanaraq özünüzün və ya ətrafınızdakı insanların narsisist olub-olmadığını anlaya bilərsiniz.

1. Eqoları olduqca yüksəkdir, özlərini dünyanın mərkəzi kimi görürlər. Elə bil, kainat yalnız onlar üçün yaradılıb və özlərindən başqa heç kimə dəyər vermirlər.

2. Çalışqandırlar, amma bunun səbəbi güclü ambisiyaları və təriflənmək istəkləridir. Heç kimdən aşağı olmaq istəmirlər, həmişə ən yaxşı olmağa çalışırlar.

3. Narsist insanlar tez-tez sənətə meyl edirlər, heç kimin bacarmadığı əsərləri ərsəyə gətirmək istəyirlər.

Narsisizm haqqında

4. Ətraflarındakı insanları təzyiq altında saxlayırlar. Özlərinə yaxın buraxdıqları insanlardan isə xüsusi mənfəət güdürlər.

5. Narsisist insanlardan vəfa gözləməyin. Bu, onlara yad hissdir.

6. Narsisist insanlar evləndikləri insanı istismar edirlər və öz istəklərini diqtə edirlər.

7. Özlərini tərifləyən və qarşısındakı insanları tənqid edən bu insanlar hər şeyi doğru etdiklərini söyləyirlər.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3854 dəfə oxundu
ilk.az-çılar nə deyir?