Naxçıvanda hərrac vasitəsilə 6 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi icarəyə verilib

Naxçıvanda hərrac vasitəsilə 6 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi icarəyə verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hərracda qeydiyyatdan keçmiş 22 sifarişçi muxtar respublikanın 9 bələdiyyəsinə məxsus 6 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi üzrə rəqabətin iştirakçısı olub.

Qeyd edək ki, sahibkarlıq fəaliyyəti üçün hərraca çıxarılan torpaq sahələrinin ilkin satış və icarə qiymətləri müvafiq ərazilər üzrə torpaq sahələrinin bazar qiyməti nəzərə alınmaqla müəyyənləşdirilib.

Şəffaflığın təmin edilməsi məqsədilə hərracın videoçəkilişi aparılıb.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında hərrac yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 70-ə çatıb. Ötən 7 ayda keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
21 gün əvvəl
372 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
ABŞ dövlət katibi ilə Ermənistan baş naziri arasında telefon danışığı olub
ABŞ Dövlət katibi Antoni Blinken ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında...
  • 15 dəq. əvvəl
  • 3
Pompeydə “Böyük Yeddiliyin” mədəniyyət sammiti təşkil olunacaq
İtaliya “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində Pompey şəhərində bu...
  • 1 saat əvvəl
  • 17
Lando Norris: Oskar özü üçün mübarizə aparır
Bakıda “McLaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Oskar Piastri lazım...
  • 1 saat əvvəl
  • 20
ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.AZƏRTAC-ın ABŞ Xəzinə...
  • 3 saat əvvəl
  • 30
Dünya Köçəri Oyunlarında növbəti medal
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya...
  • 4 saat əvvəl
  • 39
Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb
“Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur....
  • 5 saat əvvəl
  • 42