Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər maarifləndirilib

Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər maarifləndirilib

Muxtar respublikada “Təmiz hava” aylığı çərçivəsində sərnişin daşımalarının həyata keçirilməsində xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində birgə reyd və maarifləndici tədbirlər davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin birgə təşkilatçılığı ilə bir qrup avtobus sürücüsü üçün maarifləndirici tədbir keçirilib. Naxçıvan şəhərindəki avtobus parkında keçirilən maarifləndirici tədbirdə sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə istifadələrində olan nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismarı, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasının təmini, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əməl etmələri izah olunub. Bildirilib ki, ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr atan nəqliyyat vasitələrinin idarə olunmasına görə sürücülər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.

Qeyd olunub ki, Dövlət Nəqliyyat Xidməti tərəfindən Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda 9 marşrut xətti üzrə 70-dən artıq müxtəliftutumlu avtobus vasitəsilə sərnişinlərə xidmət göstərilir. Sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatdırılması üçün ictimai nəqliyyat vasitələrinin texniki təhlükəsizlik, həmçinin təmizlik qaydalarına ciddi nəzarət edilir.

Vurğulanıb ki, Dövlət Nəqliyyat Xidmətinin balansında olan avtobuslardan 10-dan çoxunun istehsal ili yenidir. Həmin minik vasitələri panduslu, isitmə və soyutma sistemi, təhlükəsizlik kameraları ilə təhciz olunmuş yeni model konfortlu elektrobuslardır. Xidmətin digər avtobuslarınında ekoloji cəhətdən ətraf mühit üçün yenilənməsi nəzərdə tutulur.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
15 gün əvvəl
353 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Pompeydə “Böyük Yeddiliyin” mədəniyyət sammiti təşkil olunacaq
İtaliya “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində Pompey şəhərində bu...
  • 7 dəq. əvvəl
  • 2
Lando Norris: Oskar özü üçün mübarizə aparır
Bakıda “McLaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Oskar Piastri lazım...
  • 29 dəq. əvvəl
  • 8
ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.AZƏRTAC-ın ABŞ Xəzinə...
  • 1 saat əvvəl
  • 21
Dünya Köçəri Oyunlarında növbəti medal
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya...
  • 3 saat əvvəl
  • 29
Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb
“Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur....
  • 3 saat əvvəl
  • 34
Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin...
  • 5 saat əvvəl
  • 41