Naxçıvanda mətbuat xidmətlərinin əməkdaşları üçün təlim keçirilib

Naxçıvanda mətbuat xidmətlərinin əməkdaşları üçün təlim keçirilib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, “Naxçıvan Təlim Mərkəzi”nin təşkilatçılığı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə muxtar respublikanın dövlət orqanlarında çalışan mətbuat işçiləri üçün “İctimaiyyətlə əlaqələrdə effektiv kommunikasiya” mövzusunda təlim keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova təlimin məqsədinin məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılması, media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılması, eləcə də sağlam media mühitinin inkişafı və cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsi olduğunu bildirib. Təlimin mövzusunun aktuallığını və əhəmiyyətini diqqətə çatdıran Günay Nəzərova iştirakçılara uğurlar arzulayıb.

“Naxçıvan Təlim Mərkəzi” İdarə Heyətinin sədri Tağı Tağızadə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə rəhbərlik etdiyi publik hüquqi şəxsin yaradılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, qurum muxtar respublikanın dövlət orqanlarında çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda, peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərir.

Təlimin ilk hissəsində Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin rəhbəri Vəfa İsgəndərova böhran vəziyyətində kommunikasiyanın qurulması və kommunikasiya alətlərindən düzgün istifadə, böhran vəziyyətinin idarə edilməsi üçün tələb olunan şərtləri iştirakçıların diqqətinə çatdırıb, böhran vəziyyətlərdə dövlət qurumları arasında koordinasiyanın vacibliyini qeyd edib.

Sonra “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC sədrinin müavini İlhamə Novruzovanın təqdimatında “Mətbuat konfransının, press-relizin, təqdimatın hazırlanması” mövzusu üzrə təlim keçirilib.

Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
24 gün əvvəl
380 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyən ediblər
15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz...
  • 1 saat əvvəl
  • 18
Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi...
  • 2 saat əvvəl
  • 26
Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad...
  • 3 saat əvvəl
  • 33
Norveç vəliəhd şahzadəsinin oğlu Marius Borq yenidən polis tərəfindən saxlanılıb
Norveç vəliəhd şahzadəsi Mette Maritin oğlu Marius Borq Höibi yenidən polis tərəfindən...
  • 4 saat əvvəl
  • 41
XİN başçısı: Ukraynalıların geri qaytarılması üçün Avropa İttifaqı ilə proqram işlənir
Avropa İttifaqının ukraynalıların evlərinə qayıdışı üçün proqramlar hazırlamağa...
  • 6 saat əvvəl
  • 45
Müharibə dövründə Ukrayna 3500-dən çox əsiri geri qaytarıb
Rusiya - Ukrayna müharibəsində rəsmi Kiyev 3500-dən çox əsiri geri qaytarıb.ILK.AZ...
  • 8 saat əvvəl
  • 54