“Naz-nazı” muğam qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış edib

“Naz-nazı” muğam qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış edib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Milli Konservatoriyası (AMK) İnstrumental muğam kafedrasının müdiri Xalq artisti Malik Mansurovun rəhbərliyi ilə “Naz-nazı” muğam qrupunun konserti təqdim olunub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qrupun üzvləri İbrahim Cabbarov (bəm tar), Səyyar Teymurov (zərb alətləri), Məhta Məhəmmədəlizadə (qanun), Fərhad Qədirov (ud), Abuzər Əsgərli (kamança) və Nüşabə Kərimli (xanəndə) xalq mahnıları və muğamlardan ibarət maraqlı proqramla çıxış ediblər.

Konsertin sonunda çıxış edən Malik Mansurov təşkilatçılara və qonaqlara təşəkkür edib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist Sahib Paşazadə ansamblın üzvlərini təbrik edərək deyib: “Konsertdə Malik Mansurovun instrumental ifaçılığa öz fərdi yanaşmasını gördük. Bu yeni yanaşma müzakirə və elmi laboratoriyalar üçün çox mühüm araşdırma mənbəyi kimi əhəmiyyəti kəsb edir”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
456 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 12
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 23
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 25
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 36
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 41
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 47