Nazim Çavuşoğlu: Şimali Kipr Türk Respublikası universitetləri üçün azərbaycanlı tələbələr çox önəmlidir

Nazim Çavuşoğlu: Şimali Kipr Türk Respublikası universitetləri üçün azərbaycanlı tələbələr çox önəmlidir

Bu gün Bakıda Şimali Kipr Türk Respublikası universitetlərinin tanıdılması məqsədilə sərgi keçirilir. Şimali Kipr Türk Respublikasında 23 universitet var. Tədris türk və ingilis dillərində aparılır. Bu mənada universitetlərimizdə 100-dən çox ölkədən tələbələrimiz, 40-dan çox ölkədən akademiklərimiz var.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazim Çavuşoğlu Bakıda Şimali Kipr universitetlərinin tanıdılması məqsədilə keçirilən sərgidə jurnalistlərə müsahibəsində söyləyib.

Həmin universitetlərin proqramlarının beynəlxalq standartlar əsasında tərtib edildiyini bildirən nazir deyib: “Bu mənada Şimali Kipr Türk Respublikasının universitetlərinin dünya üzrə reytinq sıralamasında 500-dən daha əvvəlinci sırada, yəni 300 və 200-cü sıralarda olan fakültələri var.

Universitetlərimizin bir qismi 600-lük qrupdadır. Dünyada 20 mindən çox universitet olduğuna əsasən iddialı mövqedə olduğumuzu söyləyə bilərik”.

“Biz beynəlxalq akkreditasiya qurumlarının üzvüyük. Həmçinin Türkiyədəki Ali Təhsil Qurumu (YÖK) bizi tanıyır. Universitetlərimizin diplomları hər yerdə keçərlidir”,- deyə N. Çavuşoğlu vurğulayıb.

Təhsil naziri onu da əlavə edib ki, onlar üçün azərbaycanlı tələbələr çox önəmlidirlər: “Əvvəllər Azərbaycandan gələn tələbələrin sayı çox idi, son zamanlar tanıtım əskikliyi, universitetlərin bu mövqedə maraqsız olması azərbaycanlı tələbələrin sayının azalmağına səbəb oldu.

Çox şükür ki, Azərbaycan torpaqlarını işğaldan azad etdi. Torpaqlarını işğaldan azad etdikdən sonra Şimali Kipr Türk Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daha da inkişaf etdi. Biz azərbaycanlı dostlarımıza əlimizdən gələn dəstəyi vermək üçün buradayıq. Yüz illərlə fiziki olaraq ayrı qaldığımız Azərbaycanla yenidən dostluğumuzu ortaya çıxarmaq və gələcək nəsillərə bunu ötürmək niyyətindəyik. Biz bundan sonra mütəmadi olaraq Azərbaycanla əlaqələri saxlayacağıq və göstərəcəyik ki, bu birlik təkcə dildə deyil, həm də könüldədir",- deyə təhsil naziri N. Çavuşoğlu fikrini yekunlaşdırıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
483 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 9 dəq. əvvəl
  • 5
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 25 dəq. əvvəl
  • 7
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 14
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 25
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 27
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 38