Nazir müşaviri: “Məktəblinin dostu” layihəsi çərçivəsində 2016-2024-cü illərdə 13 min uşağa ilkin yardım göstərilib

Nazir müşaviri: “Məktəblinin dostu” layihəsi çərçivəsində 2016-2024-cü illərdə 13 min uşağa ilkin yardım göstərilib

Müvafiq qurumlar arasında kommunikasiyanın təkmilləşdirilməsi daha effektiv qərarların qəbul edilməsində böyük rol oynayır. Uşaqlar arasında da profilaktik işlər görülməlidir. Biz müxtəlif nazirliklərlə birlikdə polis əməkdaşları ilə məktəblərdə monitorinqlərə başlamışıq. O cümlədən Fövqəladə Hallar Nazirliyi ilə birgə il boyu suda boğulma və dəm qazı ilə bağlı maarifləndirmə işləri aparılmaqdadır.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edərkən deyib.

R.Ağayev “Məktəblinin dostu” layihəsi çərçivəsində 2016-2024-cü illərdə 13 min uşağa ilkin yardımın göstərildiyini qeyd edib. Bildirib ki, təcili tibbi yardım üçün 3100 müraciət qeydə alınıb.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi 2016-cı ildən yaradılıb. Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, psixoloji yardım göstərməkdir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
498 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 2 dəq. əvvəl
  • 2
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 18 dəq. əvvəl
  • 4
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 13
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 24
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 26
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 37