Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film

Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə çalışır. Etməli olduğunuz şey Netflix Watch Free saytına daxil olmaq və filmlərin üstündəki “İndi izlə” düyməsini sıxmaqdır. Pulsuz izləyə biləcəyiniz Netflix serialları və filmlərinin siyahısını təqdim edirik.

1. Stranger Things (2016) IMDb: 8.7

Stranger Things

Serial kiçik bir şəhərdə yaşanan sirli hadisələr, elmi təcrübələr və fövqəltəbii güclərdən bəhs edir. Netflix- də Stranger Things-ə pulsuz baxa bilərsiniz.

Janr: dram, fantastika, triller
Rejissor: Matt Duffer, Ross Duffer
Rollarda: Millie Bobby Brown, Winona Ryder, Finn Wolfhard

Treyler

2. Murder Mystery (2019) IMDb: 6.0

Murder Mystery

Film məzuniyyətdə olan polis və onun bərbər arvadının bir milyarderin yaxtasında baş verən qətlin üstünü açmağa çalışmasından bəhs edir. Murder Mystery filmini Netflix Watch Free-də pulsuz izləyə bilərsiniz.

Janr: komediya, sirr
Rejissor: Kyle Newacheck
Rollarda: Adam Sandler, Jennifer Aniston, Luke Evans

Treyler

3. Elite (2018) IMDb: 7.6

Elite

Netflix-in orijinal serialları arasında yer alan bu İspaniya istehsalı son illərin ən çox baxılan seriallarından biridir. 3 gəncin özəl məktəbdə yaşadıqları macəralardan bəhs edir. Serialı Netflix-də qeydiyyatdan keçmədən və heç bir ödəniş etmədən izləyə bilərsiniz.

Janr: dram
Rejissor: Carlos Montero, Darío Madrona

Treyler

4. The Boss Baby at Work Again (2018 - ) IMDb: 6.4

The Boss Baby at Work Again

Bu cizgi filmini Netflix Watch Free ilə pulsuz izləmək mümkündür. Qardaşını iş həyatının çətinliklərini öyrətmək üçün posterə gətirən müdir körpənin yeni macərası olduqca maraqlıdır.

Janr: animasiya, komediya, ailə
Rejissor: Tom McGrath
Rollarda: Miles Christopher Bakshi, Alec Baldwin, Steve Buscemi

Treyler

5. Bird Box (2018) IMDb: 6.6

Bird Box

Netflix-də xeyli izləyici kütləsi qazanan filmi Netflix Watch Free ilə pulsuz izləyə bilərsiniz. Onu da qeyd edək ki, filmdə baş rolda Sandra Bullock çəkilib.

Janr: qorxu, triller
Rejissor: Susanne Bier
Rollarda: Sandra Bullock, Trevante Rhodes, Sarah Paulson

Treyler

6. When They See Us (2019) IMDb: 8.9

When They See Us

Bu mini serial böhtan nəticəsində uzun illər həbsxanada qalan 5 gəncin həyatından bəhs edir. Real həyat hekayəsi əsasında çəkilib.

Janr: dram
Rejissor: Ava DuVernay
Rollarda: Asante Blackk, Caleel Harris, Ethan Herisse

Treyler

7. Love Is Blind (2020 - ) IMDb: 6.0

Love Is Blind

Love Is Blind subay kişi və qadınların evlənməzdən əvvəl bəzi sosial təcrübələrdən keçməsindən bəhs edir. Serialı Netflix-də pulsuz izləyə bilərsiniz.

Janr: komediya, dram
Rejissor: Jennifer Shed
Rollarda: Shannon Tarbet, Aidan Turner, Benjamin Walker

Treyler

8. The Two Popes (2019) IMDb: 7.6

The Two Popes

Baş rollarda Anthony Hopkins və Jonathan Pyrcenin yer aldığı filmi Netflix-də pulsuz izləyə bilərsiniz. Film Papa ilə gələcək Papa arasındakı hadisələrdən bəhs edir.

Janr: dram
Rejissor: Fernando Meirelles
Rollarda: Anthony Hopkins, Jonathan Pryce, Juan Minujin

Treyler

9. Planetimiz (2019) IMDb: 9.3

Planetimiz Netflix

Son aylarda Netflix-ə əlavə edilən bir çox sənədli filmdən biri olan və kifayət qədər çox izlənilən "Planetimiz" sənədli filmi artıq pulsuz olaraq izlənilə bilər. Bu sənədli filmdə iqlim dəyişikliklərinin heyvanların həyatına necə təsir etdiyini görürük.

Janr: sənədli film
Rollarda: David Attenboough, Salma Hayek

Treyler

10. Grace and Frankie (2015 - ) IMDb: 8.3

Grace and Frankie

Serial ərləri bir-birinə aşiq olub onları tərk etdikdən sonra yaxınlaşmağa başlayan iki qadının hekayəsindən bəhs edir. Bu Netflix serialını indi pulsuz izləyə bilərsiniz.

Janr: komediya
Rejissor: Marta Kauffman
Rollarda: Jane Fonda, Lily Tomlin, Sam Waterston

Treyler

Netflix seriallarına və filmlərinə pulsuz baxa bilərəmmi?

Netflix-də yer alan bəzi filmləri və serialları Netflix Watch Free saytında pulsuz izləyə bilərsiniz. Sayta daxil olduqdan sonra siyahıdakı baxmaq istədiyiniz filmi seçərək “dərhal izlə” düyməsini basın. Bu proqram tamamilə pulsuzdur və heç bir qeydiyyat tələb olunmur.

Netflix-də pulsuz nəyə baxa bilərəm?

Netflix-də olan materialları pulsuz izləmək üçün Watch Free sistemi yaradılıb. Zaman-zaman burada fərqli ekran işləri təqdim olunur.

Netflix-in pulsuz serial və filmlərə harada baxa bilərəm?

İnternet bağlantısı olan yerdən Netflix Watch Free saytına daxil olaraq səhifədəki filmlərə baxa bilərsiniz.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
1
emotion
0
emotion
2
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
6830 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Ayman (7 ay əvvəl)
əla filimlədir mən birinə baxdım