Netflix istehsalı olan ən yaxşı 15 qorxu filmi

Netflix-in son illərdə nümayiş etdirdiyi ən yaxşı qorxu filmlərinin siyahısını hazırlamışıq. Onları sizə təqdim edirik.

1. Spiral (2021) IMDb: 5,3

Spiral 2021

Filmdə şəhərdə baş verən silsilə cinayətləri araşdıran iki polisin başına gələnlərdən bəhs olunur. Zeke Banks və William ipucları toplamağa başlayırlar. Onlar bilmədən qatilin oyunun bir parçası olurlar.

Janr: qorxu, triller
Rejissor: Darren Lynn Bousman
Rollarda: Chris Rock, Max Minghella, Samuel L. Jackson

Treyler

2. Army of the Dead (2021) IMDb. 5,8

Army of the Dead

Filmdə zombi hücumundan sonra karantin bölgəsində soyğun həyata keçirmək istəyən bir qrup əks olunub. Karantində zombilər insanlardan uzaq saxlanılır. Bir nəfər muzdlu döyüşçüləri ətrafına toplayaraq zombiləri soyub-talayır.

Janr: qorxu
Rejissor: Zack Snyder
Rollarda: Dave Bautista, Ella Purnell, Omari Hardwick

Treyler

3. Alive (2020) IMDb: 6,3

Alive

Filmdə Cənubi Koreyada meydana gələn və sürətlə yayılan zombi fəlakəti öz əksini tapıb. Epidemiya yayıldıqda evdə olan Joo-Woo təhlükəsiz əraziyə getmək istəyir. Qonşusu Yoo-Binin də sağ olduğunu görən Joo-Woo onunla təhlükəli bir səfərə çıxır.

Janr: dram, qorxu
Rejissor: Hyung-cho Il
Rollarda: Ah-In Yoo, Shin-Hye Park

Treyler

4. The Scary House (202m) IMDb: 5,4

The Scary House

Filmdə yeni evlərində peyda olan məxluqları məhv etməyə çalışan iki qardaşdan bəhs olunur. Şəhərdən uzaqlaşaraq ucqar qəsəbəyə köçən qardaşlar anaları ilə birlikdə yaşadıqları yeni evdə bəzi qəribəliklərin şahidi olurlar. Bu sirli durumu yeni dostları ilə birlikdə araşdırırlar.

Janr: qorxu, fantastik
Rejissor: Daniel Prochaska
Rollarda: Leon Orlandianyi, Marii Weichsler, Julia Koschitz

Treyler

5. Vampirlər Bronxda (2020) IMDb: 5,6

Vampirlər Bronxda

Filmdə Bronx məhəlləsində yaşanan sirli olaylar təsvir olunub. 3 yeniyetmə məhəllədə baş verən sirli hadisəni araşdırmağa başlayır.

Janr: komediya, qorxu
Rejissor: Osmany Rodriguez
Rollarda. Jaden Michael, Shea Whingham, Adam David Thompson

Treyler

6. Cadaver (2020) IMDb: 5,1

Cadaver 2020

Bir oteldə baş tutan mərasim zamanı fəlakət yaşanır. Dəvət edilən ailələrdən biri böyük bədəl ödəmək məcburiyyətindədir.

Janr: qorxu, dram
Rejissor: Jarand Breian Herdal
Rollarda: Gitte Witt, Thomas Gullestad, Thorbjorn Harra

Treyler

7. Countdown (2019) IMDb: 5,4

Countdown

Filmdə insanlara ömürlərinin sonuna neçə gün qaldığını bildirən bir cihazın yaratdığı xaos öz əksini tapıb. Ömrünün sonuna 3 gün qaldığını öyrənən tibb bacısı taleyini dəyişdirmək üçün əlindən gələni edir.

Janr: qorxu
Rejissor: Justin Dec
Rollarda: Elizabeth Lail, Jordan Calloway, Talitha Bateman

Treyler

8. Eli (2019) IMDb: 5,7

Eli 2019

Filmdə ağır xəstəliyə düçar olmuş 11 yaşlı qızın başına gələnlər nümayiş olunur. O, bu xəstəlikdən qurtulmaq üçün qeyri-adi müalicə üsulunu qəbul edir. Yatırıldığı xəstəxanada qorxu dolu anlar yaşayır.

Janr: qorxu, triller
Rejissor: Ciaran Foy
Rollarda: Charlie Shotwell, Sadie Sink, Kelly Reilly

Treyler

9. The Silence (2019) IMDb: 5,3

The Silence

Filmdə səslə ovlanan qorxulu məxluqların dünyanı işğal etdiyi öz əksini tapıb. Bir gənc və ailəsi təhlükəsiz bölgəyə keçmək istəyirlər. Bu zaman qeyri-adi tərqiətlə qarşılaşırlar.

Janr: qorxu, triller, fantastik
Rejissor: John R. Leonetti
Rollarda: Stanley Tucci, Kiernan Shipka, Miranda Otto

Treyler

10. MA (2019) IMDb: 5,6

MA 2019

Filmdə tənha qadın Suenin tanış olduğu gənclərlə arasında yaşanan qeyri-adi olaylardan bəhs edilir. Qəsəbəyə yeni köçən Sue yeni tanış olduğu gəncləri evinə qonaq çağırır. Onların arasında dostluq yaranır. Bundan sonra gənclərin başına sirli hadisələr gəlir.

Janr: triller, qorxu
Rejissor: Tate Taylor
Rollarda: Octavia Spencer, Diana Slivers, Juliette Lewis

Treyler

11. In the Tall Grass (2019) IMDb: 5,4

In the Tall Grass

Bu qorxu filmində Cal və Becky adlı adlı qardaş-bacının başlarına gələn sirli olaylar nümayiş olunur. Xalalarının yanına gedən uşaqlar hündür otlarla örtülü sahədən səslər eşidirlər. Ana və övladının harayını eşidən Cal və Becky otların arasına girdikdə özləri də çətin vəziyyətə düşür.

Janr: qorxu
Rejissor: Vincenzo Natali
Rollarda: Laysla De Oliveira, Patrick Wilson, Will Buie Jr.

Treyler

12. Bird Box (2018) IMDb: 6,6

Bird Box

Filmdə onları izləyən naməlum varlıqlardan yayınıb təhlükəsiz bölgəyə getmək istəyən ailənin səyi öz əksini tapıb. Malori adlı qadın iki övladı ilə birlikdə sağ qalmaq üçün böyük çətinliklərlə üzləşir.

Janr: qorxu, triller
Rejissor: Susanne Bier
Rollarda: Sandra Bullock, Trevante Rhodes, Sarah Paulson

Treyler

13. The Babysitter (2017) IMDb: 6,3

The Babysitter

Filmdə Colenin başına gələn olaylar əks olunub. Seks işçisini izləyən Cole onun satanist bir təriqətin nümayəndəsi olduğunu görür. Tərqiət üzvləri Coleni görür və onu susdurmağa cəhd edir.

Janr: qorxu, komediya
Rejissor: McG
Rollarda: Samara Weaving, Judah Lewis, Hana Mae Lee

Treyler

14. Gerald's Game (2017) IMDb: 6,5

Gerald's Game

Uzaq bir yerdə ikinci baharlarını yaşamaq istəyən ərlə arvad sirli hadisələrlə üzləşir. Göl kənarındakı evdə yatağa bağlı halda qalan Jessie ərinin qəfləti ölümünə şahid olur. Bununla bərabər yataqdan aralana da bilmir.

Janr: dram, triller
Rejissor: Mike Flanagan
Rollarda: Carla Gugino, Bruce Greenwood, Henry Thomas

Treyler

15. Teh Ritual (2017) IMDb: 6,3

Teh Ritual

Filmdə 4 dostun üzləşdiyi qeyri-adi hadisələrdən bəhs olunur. Onlar bir müddət əvvəl itirdikləri dostlarının şərəfinə Skandinaviyadakı bir meşəyə gedirlər. Geri qayıtdıqda isə özlərini fantastik bir dünyanın içində tapırlar.

Janr: qorxu
Rejissor: David Bruckner
Rollarda: Rafe Spall, Rob James-Collier, Arsher Ali

Treyler

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
0
emotion
0
emotion
0
emotion
1
emotion
1
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
2948 dəfə oxundu
ilk.az-çılar nə deyir?