
Nokia yeni qatlanıb açılan telefonunu təqdim etdi
Nokia şirkəti qatlanıb açılan "Nokia 2720 Flip" modelinin buraxılışını elan edib.
TASS xəbər verir ki, telefon Berlindəki beynəlxalq IFA elektronikası sərgisində nümayiş etdirilib.
"Nokia 2720 Flip" 2,8 düym ekrana malikdir, "WhatsApp" və "Facebook" da daxil olmaqla, müasir proqramları dəstəkləyir. Bundan başqa, ona "Google"dən səs assistenti müəyyən edilib.
Yeni modelin satışına bu ay başlanılacaq, onun qiyməti 89 avro (167 manat) təşkil edəcək.
Dostlarınla paylaş:
4 il əvvəl
7568 dəfə oxundu
7568 dəfə oxundu
ilk.az-çılar nə deyir?