Okeanlarda yaşayan dünyanın ən təhlükəli 10 balığı
Dünyada 30 mindən çox balıq növü var və bu balıqlar fərqli görünüş və xüsusiyyətlərinə qruplaşdırılır. Bu növlərin bəziləri insanlara hücum edə bilir, bəziləri isə zəhərlidir. Okeanlarda yaşayan ən təhlükəli balıq növlərini sizə təqdim edirik.
1. Kirpi balığı
Şişən balıq kimi də tanınan kirpi balığı Tetraodontidae ailəsinin 90 növündən biridir. Bu növ şirin və duzlu sularda yaşaya bilir. Tikanlı qabığa malik kirpi balığının çənəsi sərt, dişləri iti olur. Yaponiyada Fuqu adlanan növ tatraodontoksin siyanidlə zəhər yayır.
2. Qırmızı aslan balığı
Hind və Sakit okeanın balıq növləri arasında yer alan qırmızı aslan balığı zəhərli üzgəcləri ilə diqqət çəkir. Nadir hallarda ölümcül təsir yaradan qırmızı aslan balığı deşici yaraları ilə tanınır. Qabığındakı zebra naxışları uzun və nazik tikanlarla örtülüb. Mümkün təhlükə zamanı qanadlarını açaraq hücum edən balıq dərin yaralar buraxa bilər.
3. Candiru yayın balığı
Amazon çayı bölgəsində yaşayan və şəffaf bədənə malik olan Candiru balığı 2,5 sm uzunluğunda olur. Parazit həyatı ilə tanınan bu növ, iri balıqların üzərində yaşayır. Qanla qidalanan Candiru yayın balığı dişlədikdə bədəndə yaranan iltihab və qanaxma hətta ölümə belə səbəb ola bilər.
4. Böyük ağ köpəkbalığı
Dünyanın ən yırtıcı heyvanlarından olan böyük ağ köpəkbalığı böyük ölçüləri və güclü çənə quruluşu ilə ölümcül hücumlar edə bilir. Bu balıqlar tez-tez üzgüçülərə, dalğıclara, sörfçülərə və kiçik qayıqlara hücum edirlər. Böyük ağ köpəkbalığı insanlara hücum edərkən bir dəfə dişləyib geri çəkilməyə üstünlük verir. Ölümcül bir hücum zamanı orqanlar və toxumalar ciddi şəkildə zədələnir.
5. Müren balığı
Əsasən qayalar arasında və dayaz sularda yaşayan müren balığına tropik dənizlərdə tez-tez rast gəlinir. Döş üzgəcləri ilə digər ilanbalıqlarından fərqlənən növ, güclü çənə quruluşu və iti dişləri ilə seçilir. Uzunluğu 1,5 metrə çatan müren balığı təhlükə hiss etdiyi zaman insanlara hücum edə bilər.
6. Pələng balığı
Tutularkən etdiyi hücumlara, aqressiv hərəkətlərə görə pələng balığı adlandırılan növ daha çox Afrikanın şirin sularında yaşayır. Pələng balığının iti, əyri və nazik dişləri olur. Cəmi 5 fərqli növü olan pələng balığı maksimum 2 metr, minimum 30 sm uzunluğa malikdir. Balıqçı torlarını parçalamasıyla tanınan bu növ narahat olduqda hücuma keçir.
7. Piranya
Cənubi Amerika çaylarında və göllərində tez-tez rast gəlinən piranyalar ülgüc dişli ətyeyən balıqlardır. 60- dan çox növü olan piranya bitki qalıqlarını yeyir və bu səbəbdən təmizlikçi balıq adlandırılır.Adətən narıncı, qara və gümüşü rənglərdə olan bu balıqlar kifayət qədər təhlükəlidirlər. Maksimum uzunluqları 60 sm-dir.
8. Elektrikli ilanbalığı
Ovunu əldən salmaq üçün güclü elektrik şoku yarada bilən bu növün uzunluğu 3 metrə, çəkisi isə 25 kq-a çatır. Adətən Amerika qitəsində görülən elektrikli ilanbalığı çaylarla əhatə olunmuş sel meşələrində yaşayır. Anidən hücuma keçən elektrikli ilanbalığı ovunu elektrik cərəyanı verərək boğmağa çalışır.
9. Xəyalət vatoz
Böyük ölçüsü və enli qanadları ilə vatozu xatırladan bu balıq şəffaf qanadları ilə seçilir. İsti sularda yaşayan xəyalət vatoz dəniz səthinə yaxın ərazilərdə üzür. Minimum uzunluğu 1 metr, maksimum uzunluğu isə 7 metr olan bu canlı üzgəcləri sayəsində ovuna sıçrayaraq hücum edir.
10. Daş balığı
Ən zəhərli dəniz canlılarından olan daş balığı Hind-Sakit okeanın dayaz sularında yaşayır. Qaya və mərcan boşluqlarında adətən hərəkətsiz halda dayanan balıq kamuflyaj xüsusiyyəti ilə özünü gizlədir. Böyük başı, geniş ağzı və kiçik gözləri ilə seçilən daş balığı hərəkət edərkən çoxlu miqdarda zəhər ifraz edir.
Məqaləyə emosiya bildir:
2828 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)