Ölü diriltmə və insan dondurulması təcrübələri

Ölü diriltmə (Cryonics)

Cryonics ifadəsinin anlamı "insanların gələcəkdə yenidən dirilməsi üçün dondurulması" deməkdir. Bu fikrə ilk dəfə 1930-cu illərdə Neil R. Jonesin yazdığı romanda rast gəlinib. 1967-ci illərdə bu fikir ilk dəfə ABŞ-da həyata keçirildi və dondurulan ilk insan psixoloq James Bedford oldu. 73 yaşında ağciyər xərçəngi nəticəsində vəfat edən Bedford dondurulmuş vəziyyətdə saxlanılır.

Ölü diriltmə və insan dondurulması təcrübələri

Filmlərdəki ssenarilərdə insanların doldurulduğunu görmüşük. Bəs niyə James Bedford ölümündən sonra dolduruldu? Bu sualın cavabı əslində cryonics terminində mövcuddur. Çünki bu tətbiq yalnız insanlar öldükdən sonra tətbiq oluna bilər. Əgər diri insan dondurulursa, evtanaziya baş verir. Əslində, deyə bilərik ki, onların dirilmə ehtimalı azdır, çünki bu cür könüllülərlə bağlı hələ heç bir təcrübə olmayıb. Şəxs öz razılığı ilə dondurulduqda yenidən ayılma ehtimalı yüksəkdir, çünki dondurulma prosesi aşağıdakı kimidir:

Ölü diriltmə və insan dondurulması təcrübələri

İnsan dondurulması mərhələləri

  • Bədən əvvəlcə buz qəlibləri ilə soyudulmağa başlanır.
  • Bədəndəki qan qabırğa qəfəsindən girilərək alınır.
  • Gliserol -50 dərəcədə verilir, bu da qan əvəzinə laxtalanmanın qarşısını alır.
  • Bədən istiliyi qliserol ilə -50 dərəcəyə endirilir.
  • Bədən hüceyrələrin deformasiyaya uğramaması üçün maye azotda -196 dərəcədə saxlanılır.

Ölü diriltmə və insan dondurulması təcrübələri

Türk müştərilər də var

Şirkət qurulduğu gündən bəri düz 230 nəfər dondurulmuş formada həyata qayıtmağını gözləyir. Bunun üçün şirkətlə müqavilə bağlanmalı və sifarişlə həyat sığortası yolu ilə əməliyyat aparılmalıdır. Öldüyünüz zaman bu vəziyyət üçün təlimat verirsiniz. Siz öldükdən sonra sığorta pulu şirkətin hesabın yatırır, onlar isə sizi dondururlar. Proses əvvəlcə təkcə ABŞ-da həyata keçirilirdi, indi isə dünyanın hər yerindən müştəri qəbul edirlər. Müştərilərin arasında 15 türk var. Onu da qeyd edək ki, bu müqaviləni imzalayanların sayı 1000-dən çoxdur. Təkcə başını dondurmaq istəyənlər 80-100 min dollar, bütün bədənini dondurmaq istəyənlər isə 180-200 min dollar ödəməlidirlər.

İlk ölü diriltmə təcrübələri

İlk ölü diriltmə təcrübələri 1940-cı illərdə Sovet alimləri tərəfindən həyata keçirilib. Köpəklər üzərində təcrübələr bu cür tətbiq olunur. Əvvəlcə köpəyə laxtalanmanın qarşısını alan duz qarışığı vurulub. Sonra köpəyin nəfəs almadan ölməsi gözlənilib. İtin ölümündən 10 dəqiqə sonra qan dövranı və tənəffüs sistemləri aparata qoşulub və süni qan dövranı və tənəffüs sistemi tətbiq olunub. Adrenalin tətbiq olunaraq ürək və ciyərlərin yenidən reaksiya göstərməsi gözlənilib. Bundan sonra köpək yenidən həyata qayıdıb. Dirildilənlərin əksəriyyətində beyin fəaliyyətində pozğunluqlar və ya korluq aşkarlanıb.

Ölü diriltmə və insan dondurulması təcrübələri

Rusların bir başqa təcrübəsi başı bədənindən ayrılan bir köpəyin sağ qalıb-qalmayacağı ilə bağlı olub. Baş bədəndən ayrılıb və süni qan dövranını və tənəffüs dövranını təmin edən bir mexanizm quraşdırılıb. Mexanizmin işləməsi ilə beyinə oksigen axını təmin edilərək köpəyin stimullara reaksiya verdiyi müşahidə olunub. Heyvan bir neçə saat həyatda qalsa da, sonradan ölüb.

Günümüzdə ölü diriltmə

Arizona Universitetinin professoru Peter Rhee: "Ürək və beynin funksiyaları dayanıbsa, nəfəs dayanıbsa, deməli, ölmüsünüz. Yeni texnoloji üsulla sizi həyata qaytara bilərik".

Ölü diriltmə və insan dondurulması təcrübələri

Ölü diriltmə əməliyyatı necə həyata keçirilir?

Tətbiq olunan texnika əslində Sovet dövründəki metodlara əsaslanır. Yeni metod hüceyrələrin və toxumaların bir müddət oksigensiz qalması və zərər görməsi prosesini aradan qaldırmaqla başlayır. Ölüm diaqnozundan sonra tətbiq bədəni dərhal soyudaraq metabolik sürəti yavaşlatmağa əsaslanır. Maddələr mübadiləsini yavaşlatmaqla oksigensiz qanın bədəndə dövranının qarşısı alınır və qan dərhal bədəndən xaric olunur. Bu müddət ərzində cərrahi müdaxilə edilsə, qan yenidən bədənə qaytarıla bilər.

Ölü diriltmə və insan dondurulması təcrübələri

Tətbiqin dəniz donuzlarına və siçanlara tətbiq olunduğu və 90% nəticə əldə edildiyi bildirilir. Dr. Rhee, lazımi icazələr alındıqdan sonra metodun insanlara uğurla tətbiq oluna biləcəyini iddia edir. Əlbəttə, bunun üçün ilk və ən vacib meyarın xəstənin ölümündən sonrakı vaxt olduğu bildirilir. Bu metodun ölümdən 2 saat sonra işə yaramayacağını ifadə edən Rhee müdaxilənin anındaca edilməsinin vacibliyini diqqətə çatdırıb.

Ölü diriltmə və insan dondurulması təcrübələri

Dr. Rhee metodun tətbiq sahəsini aşağıdakı kimi təsvir edir. Silah və ya bıçaq xəsarətləri nəticəsində gələn xəstələrdə metodun tətbiqi bu cür olur. Xəstə ölmək üzrədirsə və ya ürəyi dayanıbsa, dərhal prosesə başlamaq lazımdır. Soyutma prosesi və qanın çıxarıldıqda güllə və ya bıçaq yarasına daha asan müdaxilə etmək olar.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
4903 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Ava (3 il əvvəl)
Super əhsən
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 929
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1266
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1628
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1031
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2001
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4391