Oruc tutmaqla bağlı ən gözəl sözlər

Yenilənmə tarixi: 2022-03-25

Mübarək Ramazan ayında oruc tutmaq vacibdir. Orucla bağlı ən gözəl kəlamları, fikirləri bir araya gətirmişik. Burada həmçinin Məhəmməd peyğəmbərin hədisləri də yer alır.

Oruc, qəlbdəki niyyətin səmimiyyətə, mədəniyyətə çevrilməsidir.

Oruc, acgözlüyün zindanından tox könüllülüyün sarayına yüksəlişdir.

Oruc tutmaqla bağlı gözəl sözlər

Oruc, göydə hilalı, yerdə halalı seyr etmək şüurudur.

Oruc, nəfsin tərbiyəsi, könlün təhkiyəsi, daxildəki çirkabın atılmasıdır.

Oruc tutsan, sağlam olarsan.

Oruc bir qalxandır.

Oruc səbrin yarısıdır.

Oruc tutanın yuxusu ibadətdir.

Oruc hər bir müsəlman üçün iman ayıdır.

Oruc sözlər

Oruc hər bir müsəlman üçün iman ayıdır.

Oruc, dünya cazibəsində itirdiyimiz mənliyimizi kimsəsizləri xatırlamaqla tapdığımız vüslat zamanıdır.

Oruc, sayılı günlərin, saysız-hesabsız gözəlliklərin ibadətidir.

Oruc, bədən gəmisini bütün haramlara bağlayaraq halal dənizdəki qurtuluş çimərliyinə edilən gözəl səyahətdir.

Oruc səbrin yarısıdır

Kim Ramazan orucunu tutsa və ona "Şəvval ayından" altı gün əlavə etsə, bir il oruc tutmuş hesab edilər.

Oruc səbrin yarısıdır.

Ey qul, bütün günahlardan "İMSAK" et ki, cənnətdə "İFTAR" edə biləsən!

Davamlı tox olan şəfqətsiz və mərhəmətsiz olur. Tox acın halından anlamaz. Çox yeyən daş ürəkli olur.

Oruc, nəfsi səbr qəfəsində saxlamaq, eşq səmasında ruha tutunmaqdır.

Oruc tutmaqla bağlı sözlər

Oruc, ehtiyac sahibinə getmək sürətiylə özümüzə gəldiyimiz gözəl bir səyahətdir.

Cənnətin bir qapısı var, ona "Reyyan" deyirlər, oradan yalnız oruc tutanlar girə bilər.

Oruclu halda ölənə qiyamətə qədər oruc tutmuş kimi savab yazılar.

Oruc tutmaq və dua etmək

Allah yolunda oruc tutanın üzünü Allah Təala yetmiş il oddan uzaqlaşdırır.

Oruc deyir; niyyətim səni acından öldürmək deyil. Əməlim sizə acları anlatmaqdır.

Oruc haqqında hikmətli söz

Oruc, qarnı ac saxlayaraq qəlbi doyurmaqdır.

Oruc, üsyankar bir aclıq vəzifəsi deyil, itaətkar bir köləlik vəzifəsidir.

İbadət bir quş olsaydı, onun qanadları oruc və namaz olardı.

Hər bir yaxşılığın 10 mislindən 700 mislinədək qarşılığı ola bilər, ancaq oruc başqadır. Çünki oruc mənim üçündür və onun mükafatını mən verəcəm.

Oruc, içimizdəki düşmənə qarşı ən böyük cihadın tək adıdır.

Oruc nədir?

Oruc, qulu Allahdan uzaqlaşdıran bütün pis əməllərdən qorumaq üçün bütün ümmətlərin alnına yazılmış rəyyandır.

Oruc, şəfqət və mərhəmətin kitablardan qəlblərə köç etdiyi ehsan mövsümüdür.

Oruc haqqında hədislər və ayələr

Oruc haqqında hədislər və ayələr

Az yeyən insan həmişə sağlam bədənə sahib olar.

Oruc tutan şəxsin susması tərifdir, yuxusu ibadətdir, duası qəbul olar və əməlləri savabdır. - Hədis-i Şərif

Kim oruc tutan şəxsə bir qurtum su versə, Allah ona məhşərdəki hovuzdan elə bir su içirəcək ki, cənnətə gedənə qədər susuzluq çəkməyəcək.

Oruc haqqında hədislər

Oruc tutan şəxs bilmədən yeyərsə və ya su içərsə, orucunu tamamlasın. Çünki Allah onu yeməyə və içməyə məcbur edib.

Kim Ramazan orucunun vacib olduğuna inanaraq və savabını Allahdan istəyərək könül xoşluğu ilə tutarsa, keçmiş kiçik günahları bağışlanar.

Ramazan ayı gəldiyi zaman cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir.

Oruclunun yanında orucsuzlar yemək yeyərsə, mələklər orucluya rəhmət oxuyarlar.

Oruc tutan şəxsin iftarını açanda rədd edilməyən məqbul bir duasının olduğu dəqiqdir.

Oruc gözəl sözlər

Kim iman edib, savabını Allahdan umub, Ramazan orucu tutsa, əvvəlki günahları bağışlanar.

Yalan və qeybətdən zərər görməyən oruc pislik üçün qalxandır. Oruclu insan bir möminin əleyhinə danışmasa, dedi-qodu etməsə, iftar edənə qədər ibadət edər.

Yemək-içməyi dayandırmaq oruc deyil. Oruc çirkin sözlərdən, pis münasibətdən, ruhun boyunduruğundan qurtulmaq və pis işlərdən çəkinmək deməkdir.

Canımı əlində saxlayan Allaha and içirəm ki, oruc tutanın ağız qoxusu Allah qatında müşk qoxusundan daha xoşdur. Allah buyurur: Ağzı qoxan qul şəhvətini, yeyib-içməyini mənim üçün dayandırır. O, yalnız mənim üçün oruc tutduğundan, orucunun mükafatını mən verirəm.

Oruc yalnız yeməyi, içməyi və s. dayandırmaq deyil. Mükəmməl və savablı oruc faydasız sözlərdən, boş vaxt keçirməkdən, pisliklərdən uzaqlaşmaqdır. Biri sənə lənət etsə və ya sənə qarşı cahil bir şey etsə, özünə "mən həqiqətən orucluyam" de və səbr et.

Oruclu insan haqqında

Ey insanlar, böyük və mübarək bir ay yaxınlaşdı və kölgəsi başınızın üzərini aldı. Bu elə bir aydır ki, içində min aydan dəyərli olan Qədr gecəsi var. Allah o mübarək ayın günündə gündüz oruc tutmağı, gecə namaz qılmağı buyurub.

Bu ay möminlərin ruzisini artıracaq aydır.

Oruc ruhu təmizləyir, imanı genişləndirir.

Oruc mədəni ac qoyaraq ürəyi doldurmaqdır.

Allahım, sənin razılığınla oruc tutdum, sənin razılığınla iftar edirəm.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
8036 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (3)
Dinara (1 il əvvəl)
İlkin
Aydan (2 il əvvəl)
Həə Duz deyirsən Elnur bilməməkdən su və ya yemək yeyəndə oruc pozulmur Onu Allah ozu icazə verir yeyəsən oruc tutmaq hər insanın işi deyil oruc tutmaq çətindir Ağzın orucdusa gərək bədənidə oruc ola əməlində düz ola Həə səninlə eyni fikirdiyəm Elnur Xaiş edirəm mənim yorumum altından yorum yazarsan❤
Elnur (2 il əvvəl)
Salam. bu hədisin sənədini yazardız zəhmət olmasa. maraqlı gəldi, insanın unutqanlığına görə -Allah onu məcbur edib. Oruc tutan şəxs bilmədən yeyərsə və ya su içərsə, orucunu tamamlasın. Çünki Allah onu yeməyə və içməyə məcbur edib.
Oxşar yazılar
Sevgi qeydləri - Ən şirin sevgi mesajları
Ən gözəl sevgi sözcükləri, sevgi mesajları, sevgiliyə yazmaq üçün mənalı sevgi...
  • 11 ay əvvəl
  • 14591
Azanla əlaqəli sözlər
Azan haqqında olan ən gözəl və mənalı sözləri sizə təqdim edirik. Azan islamın...
  • 11 ay əvvəl
  • 7610
Instagram-da fotolara yaza biləcəyiniz sevgi sözləri
Sevgi hisslərinizi göstərmək üçün Instagram-da fotolarınıza yaza biləcəyiniz sevgi...
  • 11 ay əvvəl
  • 9464
Xoş gəldin, may mesajları
Mayın gəlişi ilə bağlı yazılı şəkillər hazırlamışıq. Bunları Whatsapp durumunuzda...
  • 1 il əvvəl
  • 8006
Qız övladı haqqında gözəl sözlər
Atanın qız övladı üçün whatsapp statusda paylaşmaq üçün gözəl sözlər. Anadan...
  • 1 il əvvəl
  • 24316
Facebook üçün qısa statuslar
Milyonlarla insan bir-biri ilə əlaqə saxlamaq və hisslərini bölüşmək üçün Facebook-dan...
  • 1 il əvvəl
  • 10593