Ötən il təlimlərdə iştirak etmiş müəllimlərin 60 faizindən çoxu sertifikatlaşdırma prosesində uğurlu nəticə göstərib

Ötən il təlimlərdə iştirak etmiş müəllimlərin 60 faizindən çoxu sertifikatlaşdırma prosesində uğurlu nəticə göstərib

2022-ci ildə sertifikatlaşdırma prosesində uğur qazanmayan müəllimlərin 60 faizi təlimlərə cəlb edilərək 2023-cü ildə imtahanda uğurlu nəticə göstərib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib. O bildirib ki, sertifikatlaşdırma prosesində uğur qazanmayan müəllimlər üçün bu il təşkil edilən təlimlərə 5 500-ə yaxın ibtidai sinif müəllimi, 500-ə yaxın Azərbaycan dili və ədəbiyyat müəllimi qoşulub: “2023-cü ildə sertifikatlaşdırma prosesinə cəlb olunmuş ibtidai sinif və Azərbaycan dili müəllimlərinin nəticələri imtahandan sonra təhlil olundu. Bu təhlillər müəllimlərə öyrətməli olduğumuz məsələlər, tədrisdə olan problemlər haqqında məlumatlar verdi. Bunun əsasında sertifikatlaşdırma prosesində keçid balını toplaya bilməyən müəllimlər üçün xüsusi proqram hazırlanaraq Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edildi.

Sertifikatlaşdırma prosesində 55 baldan yüksək nəticə göstərən müəllimlər həmin kurslarda təlimçi kimi iştirak etmək üçün müsahibələrə dəvət edilmişdilər. Onların hamısı uğurlu olmamışdı. Çünki burada bir fənnin məzmununu, metodikasını bilmək kifayət etmir. Emosional hazırlıqlı olmaq, həmin müəllimlərlə kommunikasiya qurmaq da vacib şərtlərdəndir.

2024-cü ilin əvvəlindən həmin müəllimlərlə işləməyə başladıq. Proqramda iştirak könüllüdür. 2022-ci ildə uğursuz nəticə göstərən ibtidai sinif müəllimləri təlimlərdə iştirakdan sonra 2023-cü ildə uğurlu nəticə göstərdilər. Bu da digər müəllimləri təlimlərə qatılmaq üçün ruhlandırdı. Ötən il təlimlərdə iştirak edən müəllimlərin 60 faizindən çoxu uğurlu nəticə göstərib”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
458 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 29 dəq. əvvəl
  • 10
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 19
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 27
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 35
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 38
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 45