Övladınızın yaddaşını necə inkişaf etdirə bilərsiniz?

Yaddaş - baş verənlərin, öyrənilən hər şeyin uzun müddət beyində saxlanılaraq istənildiyi zaman geri çağırılmasıdır. İstənilən hər şeyi yaddaşda saxlamaq olar. Ancaq hər məlumat yaddaşda uzun müddət qalmır.

Məlumatlar yaddaşda qalıcı olmaq üçün uzun müddətli yaddaş bölümünə keçirilməlidir. Bunun üçün əvvəlcə məlumatlar 4-5 dəqiqə yaddaşda yer alacaq müvəqqəti yaddaşa köçürülür. Daha sonra uzun müddət saxlanılacaq yaddaşa ötürülür.

3 ayrı mərhələdən ibarət olan yaddaş aşğıdakı formada çalışır:

- Kodlaşdırma və saxlanılma. Alınan məlumatın işlənməsi və birləşdirilməsi.

- Yığmaq. Kodlaşdırılan məlumatın mütəmadi olaraq qeydinin yaradılması.

- Geri çağırılma və ya xatırlama. Məlumatın bazadan geri çağırılması və ya xatırlanması.

Son on ildə insan beyni və yaddaşı ilə bağlı ciddi araşdırmalar aparılıb. Bu araşdırmalar nəticəsində insan beyninin 2,5 milyon GB yaddaşa malik olduğu müəyyənləşdirilib. Bu, 300 il ərzində bir hard diskə film köçürməklə eynidir. Bəs yaddaş bu qədər böyük olduğu halda niyə bu qədər çox unutqanlıq var? Bunun əsas səbəbi yaddaşın inkişaf etməməsidir.

Yaddaş uşağın bir yaşından etibarən yaranmağa başlayır. Valideynlərin dəstəyi ilə də inkişaf edir. Yaş qruplarına görə uşaqların yaddaşını inkişaf etdirmək üçün edilməsi lazım olan addımlar aşağıdakılardır.

0-12 aylıq

0-12 aylıq uşaq

Körpələrdə beynin inkişafı ilk 12 ay ərzində çox sürətli olur. Buna görə valideynlər mütəmadi olaraq onlarla göz təması qurmalıdırlar. Çünki bu dönəmdə körpələr valideynlərinin xoşbəxtliyini, sevincini, kədərini gözlərindən anlayırlar.

12-18 aylıq

12-18 aylıq uşaq

Bu, uşaqların yaddaş yaranma dönəmidir. 12 aydan etibarən tədricən yaranan yaddaş üçün diqqətli davranmaq gərəkdir. Mütəxəssislər bildirir ki, bu dönəmdə uşağın əsas ehtiyacları qarşılandıqca zehni bacarıqları da artır.

18-24 aylıq

18-24 aylıq uşaq

Beyin funksiyalarının inkişaf etdiyi bu dönəmdə valideynlər övladlarını dinləməli və etmək istədiklərində onlara köməklik göstərməlidirlər. Uşaqların yaddaşı üçün bu dönəmdə şəkilli kitablardan istifadə etmək lazımdır. Oradakı, bitkiləri, heyvanları, nəsnələri göstərərək uşağın yaddaşını inkişaf etdirməyə dəstək olmalıdır. Uşağın gördüyü heyvanlar və nəsnələr başa salınmalı, onların səsləri çıxarılmalıdır.

2-3 yaş

2-3 yaş uşaq

Valideynlərin diqqət etmələri vacib olan digər məqam uşağa bir şey anladarkən sadə cümlələr qurmaqdır. Bir şey haqqında uzun-uzadı danışmaq onları çaşdırar.

3-4 yaş

3-4 yaşlı uşaq

Bu dönəmdə uşağın xəyal dünyası və bir çox bacarığı inkişaf edir. Valideynlər uşaqlarını xəyal qurmağa təşviq etməlidir.

4 yaşdan yuxarı

4 yaşdan yuxarı uşaq

Uşaqlar 4 yaşından etibarən yaddaşlarını aktiv şəkildə istifadə edirlər. Bu dönəmdən sonra təməli qoyulmuş yaddaşı inkişaf etdirmək üçünbəzi vəzifələr və sosial fəaliyyətlər yerinə yetirilməlidir. Xüsusilə uşaqlara hər gün etməli olduğu bir iş tapşırmaq olar. Məsələn, "Artıq böyümüsən, bu gündən sonra yatağını özün yığa bilərsən" deyərək ona unutmamalı olduğu öhdəliklər vermək olar. Bununla yanaşı, yaddaşı gücləndirən oyunlar oynatmaq lazımdır.

Uşaqların yaddaşını inkişaf etdirmək üçün aşağıdakı oyunlara üstünlük verilməlidir:

- Rəsmləri qarşılaşdırma

- Rəqəmləri müqayisə etmə

- Boyamaq

- Şəkilləri yerləşdirmə

- Tapmacalar

Uşağın yaddaşının inkişaf etməsinə nələr təsir göstərir?

Uşaqların zəkası ilə yaddaşı eyni ölçüdə inkişaf etmir. Bəzi uşaqlarda zəka, bəzilərində isə yaddaş daha tez inkişaf edir. Bəzi uşaqlarda isə zəka və yaddaş eyni anda inkişaf edir. Valideynlər bu cəhətdən övladlarına dəstək olmalıdır. Uşaqların yaddaşını gücləndirməyə kömək edən qidalar aşağıdakılardır:

- B qrupu vitaminləri

- Süd və süd məhsulları

- Yumurta

- Sink

- Omeqa 3 yağ turşuları

- Dənli bitkilər

- Qırmızı ət

- Doşab

- Qoz

- Meyvə və tərəvəz

Uşaqların yaddaşı bu qidalardan alacağı vitamin və miderallar sayəsində ciddi şəkildə güclənir.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
2259 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
mirzeyev ayla (1 il əvvəl)
Qan xesdeliyi nedir
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 25 gün əvvəl
  • 508
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 742
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 818
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 739
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 817
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 708