“Panasonic” şirkəti "hərbi" noutbukunu təqdim edib

“Panasonic” şirkəti "hərbi" noutbukunu təqdim edib

“Panasonic” şirkəti bu dəfə modul konstruksiyalı yeni nəsil noutbuk təqdim edib. “Toughbook 55” noutbukunun sahibləri köhnəlmiş və ya sıradan çıxmış komponentləri asanlıqla dəyişdirə, həmçinin kompüteri əlavə funksionallıqla (məsələn, barmaq izləri skaneri və ya diskret videokart) təchiz edə bilərlər.


Toughbook 55” noutbukunda ikinci daşıyıcı, əməli yaddaş modulu və əlavə portlar quraşdırmaq mümkündür. Hətta sınmış klaviaturanı dəyişmək mümkündür.

“Panasonic” şirkəti

Yeni noutbuk tutumlu akkumulyatora malikdir. Zərurət olduqda istifadəçi qurğunu söndürmədən ikinci batareyanı quraşdıraraq noutbukun 40 saat müddətində avtonom işləməsini təmin edə bilər.

Toughbook 55” noutbuku maksimum konfiqurasiyada “Intel Core i5” prosessoru və ya 8-ci nəsil “i7 vPro” prosessoru, “AMD” diskret qrafikası, 64 QB əməli yaddaş və 2 TB-lıq daşıyıcı ilə təchiz edilib. “USB Type-C” və “HDMI 2.0” portları, “Bluetooth 5.0” modulu nəzərdə tutulub.

“Panasonic” şirkəti

Yeni noutbukun digər özəlliklərinə 14 düymlük 1000 nit maksimum parlaqlığa malik sensor displey, “MIL-STD” hərbi standartı üzrə hazırlanmış maqnezium ərintili korpus, su damcıları və toza qarşı dayanıqlılıq, həmçinin tənzimlənən arxa işıq rəngli klaviaturanı göstərmək olar.

“Panasonic” şirkəti

Panasonic” noutbukunun zəmanət müddəti 3 ildir. Şirkətin internet mağazasında yeni noutbuku 2099 dollara sifariş etmək olar.

ictnews.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
7033 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 42 dəq. əvvəl
  • 13
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 46