Pandemiya tarixi: Dünyanın ən ölümcül 10 xəstəliyi

Pandemiyalar tarix boyu insanları məhv edib, bəzənsə sivilizasiyaların məhvinə gətirib çıxarıb. İndiyədən ən böyük fəsadlar törədən 10 pandemiyanı təqdim edirik.

2019-cu ilin son rübündə başlayan və 2020-ci ilin ən qaranlıq günlərini keçirən koronavirus epidemiyası əvvəllər yaşanan dəhşətli virusları yenidən gündəmə gətirdi. Bəzi xəstəliklər yalnız pandemiya kimi meydana çıxıb, bəziləri isə yayıldığı ərazidə fəlakət törədib. Dünyada milyonlarla insanın ölümünə səbəb olan ən ölümcül yoluxucu epidemiya xəstəliklərini araşdırmışıq.

Dünyadakı ən ölümcül xəstəliklər

Pandemiya! Xüsusilə, son dövrlərin ən böyük və ən qəddar kəlməsidir. Bütün dünyanın ən böyük probleminə çevrilən bu söz Çinin Vuhan şəhərində özünü göstərdi. Covid-19 virusu qısa müddətdə bütün dünyaya yayılaraq böyük təhlükə yaratdı.

Koronavirus artıq Çin, İtaliya, İspaniya kimi ölkələr başda olmaqla 189 ölkəyə yayılıb. Ölənlərin sayı 20 mindən artıqdır.

Müalicəsi tapılmayan Covid-19 pandemiyasının tarixdəki ən yoluxucu pandemiyalardan biri olduğu şübhəsizdir. Siyahımızda yer alan xəstəliklər müxtəlif tarixlərdə çoxlu insan ölümünə səbəb olub və tarixin nəbzini dəyişdirib.

Pandemiyalar:

  • Covid-19
  • HİV-QİÇS
  • Qara ölüm
  • Su çiçəyi
  • Antonin və Castinian vəba
  • Qrip epidemiyası
  • Xolera
  • Ebola
  • Donuz qripi
  • SARS-CoV epidemiyası

1. Koronavirus (Covid-19)

Koronavirus Covid-19

Koronavirus ilk olaraq ötən ilin sonlarında Çinin Hubey əyalətində yayıldı. Yüksək hərarət, öskürək və sətəlcəm simptomları ilə özünü göstərən epidemiya qısa müddət ərzində bütün dünyaya yayıldı.

Koronavirus xüsusən yaşlı insanlarda ciddi fəsadlar törədir. Lakin tarixdəki sələflərinə nəzər saldıqda o qədər də ölümcül olmadığını söyləmək olar. Covid-19-un ölüm nisbəti 3-4 faiz civarındadır, lakin yayılmasının qarşısını almaq olmur.

2. HİV-QİÇS

HİV-QİÇS

İmmunitetin çatışmazlığı sindromu yoluxan şəxslərdə bir çox xəstəliklər yaradır. Virusun insanlarda ən çox yaratdığı xəstəlik QİÇS-dir. İmmuniteti zəif olan şəxslərin daha asan yoluxa biləcəyi bu virus 35 milyondan çox insanın ölümünə səbəb olub. İlk dəfə 1920-ci illərdə Qərbi Afrikada aşkarlanıb və şimpanzelərdən insanlara keçib. Hazırda HİV virusunu daşıyan 40 milyondan çox insan var. Onların təxminən 64 faizi Afrikada yaşayır.

HİV ağ qan hüceyrələrini məhv edir. Cinsi əlaqə, şprislərdən istifadə, vaxtı keçmiş dərmandan istifadə zamanı keçə bilir. Günümüzdə də insanlar bu xəstəlikdən əziyyət çəkirlər. 1990-cı ildə hazırlanan HİV və QİÇS dərmanları insanlardakı halları bir qədər yüngülləşdirir.

3. Qara ölüm

Qara ölüm

Qara ölüm, bubonik vəba kimi tanınan yoluxucu xəstəlikdir. Yoluxmuş şəxslərin dərisində qara ləkələr yaradan bu vəba növü, insanlarda göstərdiyi əlamətlərdən dolayı “qara ölüm” adlandırılır. Bu virus 136-cı ildə meydana çıxdığı zaman kimsə ciddi olacağını düşünmürdü. 1346-1353-cü illərdə Avropa, Asiya və Afrikada 75-200 milyon insanın ölümünə səbəb olub. Araşdırmalar zamanı Asiya gəmilərindəki siçanlardan yayıldığı aşkarlanıb.

Dünyada milyonlarla insanın ölümünə səbəb olan xəstəlik XIV əsrdə Avropa əhalisinin üçdə birini yox edib.

4. Su çiçəyi xəstəliyi

Su çiçəyi xəstəliyi

Hər yaşda insanda əmələ gələ bilən xəstəlikdir. Yoluxmuş şəxslərdə iltihablı sızanaqlar yaradır. Yüksək hərarətə, öskürəyə, hətta ölümə səbəb olur. ariola major və Variola minor adlı iki fərqli növ olan çiçək xəstəliyinə uşaqlarda daha çox rast gəlinir. Yoluxmuş şəxslərin 30 faizi həyatını itirib.

Çiçək xəstəliyi təmas və hava yolu ilə keçir. Tarix boyu milyonlarla insanın ölümünə səbəb olub. 1966-cı ildə peyvəndi hazırlansa da, 1976-cı ildə Efiopiya və Somalidə yenidən ortaya çıxıb.

5. Antonin və Castinian vəbası

Antonin və Castinian vəbası

Castinian vəbası tarixdəki ən ölümcül yoluxucu epidemiyalar arasındadır. Təxmini hesablamalara görə, Avropa əhalisinin yarısını öldürən bu xəstəlik 541-542-ci illərdə 25 milyon insanı məhv edib. Xüsusilə Bizans İmperatorluğuna və Aralıq dənizindəki liman şəhərlərinə təsir edən Castinian vəbası dünya tarixinin ən ölümcül epidemiyası kimi yadda qalıb. Konstantinoploda (İstanbul) minlərlə insanın ölümünə səbəb olub.

Antonin vəbası milyonlarla insanın ölümünə səbəb olmuş digər bir epidemiyadır. 165-ci ildə meydana çıxan xəstəlik Yunanıstan, İtaliya, Misir və Kiçik Asiyada 5 milyon insanı məhv edib. Y oluxucu epidemiyanın Mesopotamiyadan Romaya qayıdan bir qrup əsgər tərəfindən gətirildiyi güman edilir.

6. Qrip epidemiyası

Qrip epidemiyası

Dünyadakı ən ölümcül epidemiyalar arasında olan qrip, bəşəriyyəti tarixin müəyyən dövrlərində məhv etmək təhülkəsi yaşadıb. Tarix boyu 60 milyondan çox insan qripdən ölüb. Qrip infeksiyaları arasında Asiya qripi, Honq Konq qripi, İspan qripi və qrip pandemiyası yer alır.

13 iyul 1968-ci ildə Honq Konqdakı qrip epidemiyası 1 milyondan artıq insanın ölümünə səbəb olub. Bir neçə gün ərzində Sinqapur, Vyetnam, Sinqapur, Hindistan, Avstraliya və Avropaya yayılıb. Digər böyük qrip epidemiyası 1956-cı ildə olub. Asiya qripi adlandırılan bu xəstəlik H2N2 növ olaraq ciddi fəsadlar törətdi.

1918-1920 illərdə 25-50 milyon insan qripin qurbanı olub. Ölüm nisbəti 10-20 faiz arasında dəyişən qripdən hər yaşda olan insanlar həyatını itirib.

Çikunqunya hərarət və şiddətli ağrılara səbəb olan ağcaqanad sancması ilə yaranan xəstəlikdir. İlk dəfə 1952-ci ildə Tanzaniyanın cənubunda rast gəlinən bu epidemiya RNA virusunun bir növüdür. Adını Tanzaniyanın Kimakonde dilindən alan Çikunqunya "bükülmə" deməkdir. Xəstəlik ilk növbədə dişi ağcaqanadların sancmasıyla keçir. Asiya və Afrikada daha çox yayılsa da, Avropa və Amerikada da rast gəlinir. 2 milyondan çox insan bu xəstəliyə yoluxub.

7. Xolera (vəba)

Xolera (vəba)

Xolera (vəba) ən ölümcül xəstəliklərdəndir. Tədqiqatlar göstərir ki, bu xəstəlik Vibrio cholerae bakteriyası ilə çirklənmiş qida və suyun həzm olunması nəticəsində meydana çıxır. Beynəlxalq aləmdə ictimai sağlamlıq baxımından qlobal təhlükəyə çevrilən bu epidemiya yarandığı gündən minlərlə insanın həyatına son qoyub.

İlk dəfə 1817-1824-cü illər arasında Asiya və Avropada baş verən bu epidemiya 1899-1923-cü illər arasında orta hesabla 1500 nəfərin ölümünə səbəb olub. Ən qorxulu xolera epidemiyaları isə 1917-ci ildə Yaponiyada, 1826-cı ildə Moskvada və 1831-ci ildə Berlin, Paris, Londonda meydana gəlib. Osmanlı İmperiyasında 1912-1913-cü illər Balkan müharibəsi zamanı vəba xəstəliyi səbəbiylə minlərlə insan ölüb.

8. Ebola

Ebola

Qərbi Afrika Ebola epidemiyası da adlandırılan bu xəstəlik ilk dəfə 2013-cü ilin dekabr ayında Qvineyada başlayıb və bir çox Qərbi Afrika ölkələrinə, xüsusən Liberiya və Syerra-Leoneə yayılıb. Epidemiyanın ən böyük nəticələri 2015 və 2016 illəri arasında Qərbi Afrikanı məhv edərkən görülüb. Ebola xəstəliyindən 11325 nəfər ölüb. Nigeriya, Mali, Seneqal, ABŞ və Avropada da nadir hallarda rast gəlinir.

Ebola virusu yarasalardan insana keçir. Bədənə təmas yoluyla yayılır. Ölüm nisbəti 50 faizdir. Ebola epidemiyasının ilk dəfə 1976-cı ildə Sudan və Konqo Demokratik Respublikasında baş verdiyi məlumdur.

9. H1N1 Donuz qripi

H1N1 Donuz qripi

Dünyanın ən ölümcül epidemiyalarından biri olan H1N1 donuz qripi 2009-cu ildə yenidən ortaya çıxdı və yüz minlərlə insanın ölümünə səbəb oldu. İlk dəfə 1957-1958-ci illərdə meydana çıxan xəstəlik 2 milyondan çox insanı öldürüb. 1889-1890 və 1968-1969 illəri arasında Rusiya və Honq Konqda 1 milyon insan donuz qripindən vəfat edib.

H1N1 virusunun səbəb olduğu donuz qripi 2009-cu ildə Meksikada bir şəxsə keçməsiylə yayılıb. 1 ay sonra Kaliforniyada bir uşaq bu xəstəliyin qurbanı olub. Sonra isə bütün dünyaya yayılıb.

10. SARS-CoV epidemiyası (Kəskin Tənəffüs Sindromu)

SARS-CoV epidemiyası

Şiddətli kəskin tənəffüs sindromu (SARS) ilk dəfə Asiya və Kanadada 2002-2003-cü illər arasında ortaya çıxıb. Qısa müddətdə bir çox ölkəyə yayılan bu epidemiya bir növ koronavirus adlanır. Başlamasından bir neçə həftə sonra 37 fərqli ölkədə epidemiya halına gələn SARS-CoV yeni növ koronavieus kimi hərarət, titrətmə və sətəlcəm kimi simptomlarla ortaya çıxıb.

İlk dəfə 2002-ci ilin noyabrında Honq Konqda meydana gələn SARS virusu 922 nəfərin həyatına son qoyub. Qeyri-rəsmi rəqəmlərdə isə daha çox itki öz əksini tapıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) SARS-nin ölüm nisbətini 10,9% olaraq açıqlayıb.

Pandemiya haqqında məqalələrimiz:

Məqaləyə emosiya bildir:
4 il əvvəl
6561 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 1014
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1362
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 7 ay əvvəl
  • 1696
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1080
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2057
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4457