“Paris-2024” Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib
“Paris-2024” Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Yelisey Çölləri prospektində start götürən tədbirə Konkord meydanında yekun vurulub.
Tədbirin gedişində paralimpiyaçıların paradı olub. Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar.
Açılış mərasimini 65 min tamaşaçı izləyib. 35 min tamaşaçı üçün ödənişli oturacaq yerləri quraşdırılıb. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyib.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək Paris Paralimpiadasında 7 növdə 18 idmançı ilə təmsil olunur.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
17 gün əvvəl
365 dəfə oxundu
365 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)