Paris Olimpiadasının iştirakçısı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Uqandalı atlet Rebekka Çepteqey ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, sevgilisi qadın idmançının üstünə benzin tökərək yandırıb.
Hadisə ötən gün R.Çepteqeyin evində şəxsi münaqişə zəminində baş verib. Dərhal xəstəxanaya çatdırılan atletin bədəninin 75 faizi yanıb. Hadisəni törədən şəxsin də ciddi yanıq xəsarətləri aldığı bildirilib.
Qeyd edək ki, Rebekka Çepteqey “Paris-2024” Yay Olimpiya Oyunlarının marafon yarışında 44-cü yeri tutub.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
14 gün əvvəl
351 dəfə oxundu
351 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)