Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Ədliyyə Akademiyasının rəhbər vəzifəli şəxsləri Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş XII Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Forumdan əvvəl nümayəndə heyətləri çar Rusiyasında müasir cəza-icra sisteminin əsasını qoymuş və 1879-1896-cı illər ərzində Baş həbsxana idarəsinin ilk rəhbəri olmuş Mixail Nikolayeviç Qalkin-Vraskoyun abidəsinin açılış mərasimində iştirak ediblər.

Rusiya Federasiyası Prezidentinin və Ədliyyə Nazirliyinin dəstəyi ilə keçirilən Forum 9 tematik paneldən və 120-dən çox tədbirdən ibarət olub. Forum iştirakçıları normayaratma fəaliyyətinin aktual sahələri, beynəlxalq hüququn müasir şəraitə uyğunlaşdırılması, mübahisələrin həlli üsullarının təkmilləşdirilməsi, hüquq sahəsində innovasiya və texnologiyaların tətbiqi və hüquqi təhsil sisteminin təkmilləşdirilməsi mövzularını müzakirə ediblər.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin direktoru, daxili xidmət generalı Arkadiy Qostev arasında görüş keçirilib.

Cəzaların icrası və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məsələlərinə dair təşkil edilmiş sessiyada iştirakçı ölkələrin təcrübələrinə əsaslanan müxtəlif mövzularda çıxışlar dinlənilib və müzakirələr aparılıb. Residiv cinayətlərin profilaktikası barədə Azərbaycan Respublikasının təcrübəsi haqqında məlumat sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Nümayəndə heyəti, həmçinin Forumun “Hüquq – qlobal tarazlığın əsasıdır” mövzusunda keçirilmiş plenar iclasında iştirak edib, konqres-sərgi mərkəzində sahibkarların və dövlət orqanlarının stendlərindən ibarət sərgi ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Cəzaların İcrası Federal Xidmətinin Leninqrad vilayəti və Sankt-Peterburq şəhəri üzrə 1 saylı istintaq təcridxanasına da baş çəkib, müasir tələblərə cavab verən müəssisədə saxlanma şəraiti və xidmətin təşkili ilə tanış olub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
14 gün əvvəl
375 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 6 dəq. əvvəl
  • 1
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 13 dəq. əvvəl
  • 2
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 1 saat əvvəl
  • 24
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 2 saat əvvəl
  • 30
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 2 saat əvvəl
  • 33
Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin...
  • 4 saat əvvəl
  • 42