Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib

Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib

İyunun 11-də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib.

İnstitutdan bildirilib ki, tədbirdə Poliefir və polikarbonat materiallar laboratoriyasının elmi işçisi Səidə Kərimоvа “Azərbaycanın bərpaolunan enerji potensialı” mövzusunda çıxış edib.

Məruzəçi bərpaolunan enerji mənbələrinin inkişafı və “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində icra olunan layihələrin 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamı olduğunu bildirib. O, Azərbaycanın alternativ və bərpaolunan enerji potensialından, “yaşıl enerji”nin əldə edilməsi üçün mövcud imkanlarından bəhs edib. Səidə Kərimova 2004-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın ölkəmizin enerji potensialının qiymətləndirilməsinə geniş imkanlar yaratdığını bildirib. Məruzəçi 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizinin bərpaolunan enerji mənbələrinin payına düşəcəyini söyləyib.

İclasda ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
436 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 4 dəq. əvvəl
  • 2
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 19
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 24
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 30
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 38
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 41