Prezident İlham Əliyevin xarici siyasətinin uğurlarından bəhs edən broşürün təqdimatı olub

Prezident İlham Əliyevin xarici siyasətinin uğurlarından bəhs edən broşürün təqdimatı olub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Prezident İlham Əliyevin xarici siyasət uğurları - 2003-2023” mövzusunda yazılmış broşürün təqdimatı keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev broşürdə Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il ərzində aparılan xarici siyasət, səfərlər, görüşlər və reallaşdırılan beynəlxalq layihələrin, bir sıra məsələlərin sistemli formada əksini tapdığını bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “İkinci Qarabağ müharibəsinin nəticələri və 20 il ərzində ordu quruculuğu, xarici siyasət istiqamətində atılan addımlar broşürdə qeyd olunub. Biz Qarabağ məsələsini döyüş meydanında həll etmişik. Amma qeyd etmək lazımdır ki, müharibə zamanı beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana hər hansı irad irəli sürülməmişdi. Müharibənin dayandırılması ilə bağlı çağırışlar səsləndirilsə də, ölkəmizə qarşı ciddi təzyiqlər baş vermədi. Bunun səbəbləri 90-cı illərdə qəbul edilmiş qətnamələr, həmçinin 2003-cü ildən indiyədək diplomatik müstəvidə atılan ardıcıl addımlar oldu. Azərbaycan bu müstəvidə çox fəal iş aparıb”, - deyə BMTM-nin sədri qeyd edib.

Broşür barədə məlumat verən BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli “Tarixi zəfərə gedən yol - Azərbaycan xarici siyasətinin ən böyük uğuru” mövzusunda çıxış edib. Bildirib ki, İkinci Qarabağ müharibəsinə aparan səbəblər, beynəlxalq vasitəçilərin yarıtmaz fəaliyyəti, Ermənistanla aparılan danışıqlar, hərbi-siyasi balansın Azərbaycanın xeyrinə dəyişməsi broşürdə ətraflı qeyd edilib. M.Məmmədli vurğulayıb ki, 2018-ci ildən sonra Ermənistan hakimiyyətinin atdığı addımlar və verdiyi bəyanatlar münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığını göstərdi.

“Azərbaycan 44 gün ərzində torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. Bu müddət ərzində Azərbaycan Ermənistanla yalnız hərbi cəbhədə deyil, həm də informasiya, siyasi-diplomatik müstəvidə mübarizə aparıb. Bu cəbhələrin hər birində Azərbaycan həm haqlı, həm də güclü olduğuna görə tarixi Zəfərini əldə edib. 2023-cü ilin sentyabrındakı uğurlu antiterror tədbirləri ilə ərazilərimiz üzərində tam suverenliyimiz bərqərar oldu. Azərbaycan bu gün postsovet məkanında oxşar problemlərlə üzləşən dövlətlər arasında ilk dövlətdir ki, öz ərazi münaqişəsini həll edib”, - deyə o vurğulayıb.

Daha sonra BMTM-in şöbə müdiri Vasif Hüseynov “Azərbaycanın çoxvektorlu xarici siyasəti və beynəlxalq münasibətlər sisteminə uğurlu inteqrasiyası” mövzusunda təqdimatla çıxış edib. V.Hüseynov qeyd edib ki, Azərbaycan uğurlu balanslı, çoxvektorlu xarici siyasət yürüdür və beynəlxalq analitiklərin də şərhləri bu istiqamətdədir.

“Xarici siyasətimizdə neytrallıq və qoşulmama prinsipləri təməl prinsiplər kimi nəzərdə tutulub. Ümumi geosiyasət alimləri, diplomatlar “böyük güc”lərin arasında yerləşən Şərqi Avropa və Cənubi Qafqazdakı postsovet dövlətləri üçün bunu ən optimal strategiya kimi tövsiyə ediblər. Azərbaycan çoxvektorlu və balanslı xarici siyasət nəticəsində Şərq və Qərb arasında körpü olmağı bacarıb. Bu, çoxlarının xəyal etdiyi, lakin nail ola bilmədiyi uğurdur”, - deyə şöbə müdiri diqqətə çatdırıb.

Daha sonra BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev “Azərbaycanın uğurlu enerji strategiyası və yaşıl iqtisadiyyata keçid” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, 2024-cü ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət və imzalanan enerji müqavilələri enerji siyasətində yeni mərhələdən xəbər verir. O deyib: “Bu da bərpaolunan enerjiyə sürətli keçidi və iqtisadiyyatda onun payının daha da artırılmasını nəzərdə tutur. COP-29, müvafiq sazişlərin imzalanması Azərbaycanı artıq regionda lider dövlətə çevirib və gələcəkdə Azərbaycan öz imkanlarından yararlanaraq yaşıl enerji mənbələrini Avropa bazarlarına ixrac edəcək. COP-29 platforması Azərbaycan üçün həm iqtisadi, həm enerji, həm də sülh platformasıdır”.

Qeyd edək ki, BMTM heyəti tərəfindən hazırlanan broşür 2003-2023-cü illər ərzində Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, regional və qlobal təşəbbüslər və donor ictimaiyyətinin üzvü kimi rolu, enerji strategiyası, nəqliyyat layihələri, İkinci Qarabağ müharibəsi və Azərbaycanın sülh təşəbbüsləri istiqamətləri üzrə sistemli məlumatları özündə birləşdirir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
442 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 35 dəq. əvvəl
  • 8
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 51 dəq. əvvəl
  • 11
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 2 saat əvvəl
  • 15
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 26
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 29
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 5 saat əvvəl
  • 40