Prezident Vladimir Putin: Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük tələbat yarana bilər

Prezident Vladimir Putin: Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük tələbat yarana bilər

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə çox böyük tələbat yarana bilər.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu fikri iyunun 5-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib.

Prezident Putin deyib: “Şimal-Cənub dəhlizinə gəldikdə, o, çox yaxşı, tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər ki, buradan da yüklər sizin və mənim olduğumuz yerdən - Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək”.

Bu nəqliyyat dəhlizinin Süveyş kanalı ilə müqayisədə yüklərin çatdırılmasını təxminən on gün azaldacağını vurğulayan Vladimir Putin deyib: “Bu, çox qənaətli, səmərəli və sərfəli marşrut olacaq. Ancaq hələ çox iş görmək lazımdır. Biz hər iki tərəfdən iş aparırıq”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
471 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 55 dəq. əvvəl
  • 9
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 21
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 23
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 34
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 39
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 45