Professor Musa Qasımlı: Bu il Cümhuriyyətin ildönümü tamamilə fərqli bir əhvali-ruhiyyədə qeyd olunur

Professor Musa Qasımlı: Bu il Cümhuriyyətin ildönümü tamamilə fərqli bir əhvali-ruhiyyədə qeyd olunur

1918-ci il mayın 28-də Azərbaycan xalqı dövlət müstəqilliyini respublika formasında elan etdi. Buna qədər də müxtəlif dövrlərdə Azərbaycan xalqının bir çox dövlətləri olub. Amma Cümhuriyyətin qurulması ilə Azərbaycan xalqı müsəlman Şərqinə respublika idarə üsulunu, məfkurəsini gətirdi.

Bunu Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib. O bildirib ki, 1918-1920-ci illər tariximizin üç böyük hadisəsi özündən sonrakı bütün Azərbaycan tarixinə təsir göstərdi: “İlk olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi. O Cümhuriyyət qurulmasaydı, Azərbaycan Sovet Sosialist Respublikası olmayacaqdı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi məhz Azərbaycan Sovet Sosialist Respublikası ərazisində, coğrafiyasında bərpa edildi. Respublika məfkurəsini müsəlman xalqları arasına ilk gətirən Azərbaycan xalqıdır. Cümhuriyyət tariximizin millətimizin gələcəyinə təsir edən ikinci böyük hadisəsi 1918-ci il sentyabrın 15-də Nuru Paşa komandanlığında Azərbaycan və Türkiyə hərbçilərindən ibarət yaradılmış Qafqaz İslam Ordusunun Bakı şəhərini yadellilərdən azad etməsidir. Bakı Azərbaycanın tarixi paytaxtı oldu. Bu da millətimizin sonrakı bütün tarixinə təsir göstərən amil idi. Cümhuriyyət dövrümüzün üçüncü böyük hadisəsi 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin Parisdə de-fakto tanınmasıdır”.

Professor bu il cümhuriyyətin ildönümünün tamamilə fərqli bir əhvali-ruhiyyədə qeyd edildiyini söyləyib: “Müstəqillik tariximizdə ilk dəfə olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bütün dövlət sərhədlərinə nəzarəti bərqərar edib. Ölkəmizin bütün ərazisində dövlət suverenliyi hakimdir və Xankəndidə bayrağımız ucalır. Hesab edirəm ki, Cümhuriyyət xadimlərinin arzu və istəklərini bu gün dövlətimiz həyata keçirib. Cümhuriyyət qurucuları sağ qalsaydılar, Prezident İlham Əliyevlə fəxr edərdilər. Azərbaycan heç bir zaman indiki gücündə və qüdrətində olmayıb. Bu məsələdə dövlətimizin başçısının şəxsiyyəti amili müstəsna rol oynayıb. İndi Azərbaycan qarşısında yeni üfüqlər açılıb. Başlıca məqsəd işğaldan azad edilmiş əraziləri dirçəltmək, bərpa etmək, vətəndaşları ev-eşiklərinə qaytarmaq, işğaldan azad edilmiş ərazilərimizə elm və mədəniyyətimizi gətirməkdir. Azərbaycan dövlətinin gözəl gələcəyi var və bizi bu günlərə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən yeni şəraitə uyğun olaraq uğurla həyata keçirilən siyasət gətirib. Bu siyasətin alternativi yoxdur”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
477 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 18 dəq. əvvəl
  • 6
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 17
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 26
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 3 saat əvvəl
  • 34
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 37
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 44