“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Avqustun 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla görüşüb.

“Qaçqınkom”dan verilən məlumata görə, komitə sədrinin fərdi qaydada görüşdüyü məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Görüşə gələn vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad edilmiş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Onlara deyilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə cavablandırılacaq.

Eyni zamanda, vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci xanım Mehriban Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
419 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
ABŞ dövlət katibi ilə Ermənistan baş naziri arasında telefon danışığı olub
ABŞ Dövlət katibi Antoni Blinken ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında...
  • 19 dəq. əvvəl
  • 6
Pompeydə “Böyük Yeddiliyin” mədəniyyət sammiti təşkil olunacaq
İtaliya “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində Pompey şəhərində bu...
  • 1 saat əvvəl
  • 18
Lando Norris: Oskar özü üçün mübarizə aparır
Bakıda “McLaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Oskar Piastri lazım...
  • 1 saat əvvəl
  • 21
ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.AZƏRTAC-ın ABŞ Xəzinə...
  • 3 saat əvvəl
  • 31
Dünya Köçəri Oyunlarında növbəti medal
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya...
  • 4 saat əvvəl
  • 40
Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb
“Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur....
  • 5 saat əvvəl
  • 43