Qadınların alış-veriş etməsini şərtləndirən 5 səbəb
Alış-verişə çıxmaq qadınlar üçün ən xoş fəaliyyətlərdən biridir. Alış-veriş qadınlar üçün həyat tərzidir. Qadınlar bu işin hər anından həzz alırlar. Qadınların alış-veriş etməsi üçün əsas səbəbləri təqdim edirik.
1. Xoşbəxtlik
Qadınlar kişilərlə müqayisədə duyğularını daha çox bəlli edirlər. Xoşbəxt anlarında bəzi fəaliyyətlərə baş vururlar. Bunlardan biri də alış-veriş etməkdir. Xoşbəxtlik anlarını alış-veriş edərək keçirən qadınlar xoşbəxtliyin zirvəsinə qalxırlar.
2. Depressiya
Qadınlar kişilərlə müqayisədə daha çox depressiyaya düşürlər. Bunun üçün xüsusi səbəb olmur. Depressiyadan onları alış-verişə çıxmaq xilas edir. Qadın aldığı yeni əşya və ya geyimlərlə depressiyanı unudur. Aldığı ən kiçik bir parça belə qadını depressiyadan çıxara bilər.
3. Moda
Moda sanki qadınlar üçün yaranıb. Modanı izləyən qadınlar üçün mövsümün yenilənməsi və yeni məhsul istehsalını eşitmələri kifayətdir. Modanı sevən qadınlar üçün ən vacib şey içi pulla dolu kredit kartıdır.
4. Endirim
Endirim qadının ağlını başından alır. Bir məhsulun qiyməti enirsə, ehtiyacı olmasa belə onu almaq istəyir. Qadınlar endirimə düşən məhsulu almaq üçün hətta növbəyə girirlər. Ən lazımsız məhsulun belə endirimlə alınması qadını xoşbəxt edir.
5. Özgüvən
Alış-verişdən sonra geyimləri evdə sınaqdan keçirmək, güzgü qarşısına keçmək, başqaları tərəfindən bəyənilmək bu fəaliyyəti şərtləndirən əsas amillərdəndir. Özündən və gördüyü işdən məmnun qalan qadın istədiyini əldə etdiyinə görə özgüvəni də artır.
Məqaləyə emosiya bildir:
3523 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Mən də alış veriş edr