Qan yaranmasını sürətləndirən dəmirlə zəngin 10 qida

Halsızlıq, diqqətsizlik dəridə solğunluq, tez yorulmaq, baş gicəllənməsi, soyuya həssaslıq... Orqanizmin dəmir ehtiyatı azaldıqda oksigeni daşımaq üçün kifayət qədər qırmızı qan hüceyrələri hazırlanmır. Nəticədə isə dəmir çatışmazlığı anemiyası yarana bilər. Bəs dəmir çatışmazlığı necə tənzimlənir? Dəmir çatışmazlığına yaxşı təsir edən qidalar hansılardır?

Qidalanma və pəhriz mütəxəssisi Ayşe Sena Binöz bu barədə məsləhətlər verib.

1. Doşab

Doşab

Doşab dəmir, kalsium, fosfor, potasium ilə asan qidalandırıcı enerji mənbəyi alternatividir. Qansızlıq problemi olanlara ciddi təsir edir. 20 qram doşabın tərkibində 2 mq dəmir var. Qan şəkərini sürətlə yüksəltdiyi üçün bəlli miqdarda istifadə olunmalıdır.

2. Tahin

Tahin

Küncüt toxumlarından əldə edilən tahin dəmir, kalsium, maqnezium, fosfor, selenium tərkibi ilə mədənin müqavimətini artırır. Gün ərzində bir-iki qaşıq tahin və doşab yemək günlük dəmir ehtiyacının qarşılanmasında mühüm rol oynayar.

3. Balqabaq toxumu

Balqabaq toxumu

Balqabaq toxumunun 100 qramının tərkibində 9 mq dəmir var. Eyni zamanda B, E vitaminləri, potasium, maqnezium və çinko ilə də zəngin olan balqabaq toxumunu salatlara, yoğurta və meyvələrə əlavə edib yeyə bilərsiniz. Gündə bir ovuc yemək kifayətdir.

4. Quru meyvələr

Qan yaranması üçün quru meyvələr

Dəmir tərkibi ilə anemiyadan qoruyan, yüksək antioksidant tərkibi ilə immuniteti gücləndirən quru meyvələr kaloriylə zəngin olması və qan şəkərini sürətlə yüksəltməsinə görə bəlli miqdarda istifadə olunmalıdır. Digər quru meyvələrlə müqayisədə toxumlu quru üzümün tərkibində daha çox dəmir var. Ancaq diabet xəstələri diqqətli olmalıdır. Açıqlıqda satılan quru meyvələr səhv saxlanılma şəraitindən dolayı insana zərər verə bilər.

5. Qırmızı ət

Qırmızı ət

Qırmızı ətin yüz qramının tərkibində 2.7 mq dəmir var. Bu isə gündəlik dəmir ehtiyacının 15 %-i deməkdir. Buna görə anemiya problemi yaşayan insanlara qırmızı ət tövsiyə olunur. Həftədə 350-500 qramdan artıq yeyilməsi məsləhət görülmür.

6. Yumurta

Yumurta

Ana südündən sonra ən keyfiyyətli protein mənbəyi olan yumurta, tərkibindəki zəngin dəmir sayəsində anemiya riskinin qarşısını alır, immunitet sistemini gücləndirərək xəstəliklərdən qoruyur. Yumurtanı C vitamini ilə zəngin qidalarla birlikdə yemək onun dəmir nisbətini daha da artırır.

7. Paxlalı bitkilər

Paxlalı bitkilər

Mərcimək, noxud, quru lobya, maş kimi paxlalı qidalar yüksək dəmir tərkibi ilə anemiyadan qoruyurlar. Hamiləlik və süd vermə dönəmində proteinin artması üçün önəmlidir. Paxlalı bitkiləri limonla birlikdə istifadə edərək dəmirin sorulmasını artıra bilərsiniz.

8. Qaraciyər

Qan yaranması üçün qaraciyər

Dəmirin ən əsas qaynağı olan qaraciyər qanhazırlayıcı strukturu ilə seçilir. Lakin qanazlığı olanlar ağciyər kimi yüksək kolesterollu qidaları həkim nəzarəti altında yeməlidirlər.

9. Ağ ət

Ağ ət

Ağ ətı dərisiz və manqalda (və digər formalarda) bişirməklə istifadə edə bilərsiniz. Bədəndəki dəmirdən istifadəni artırmaq üçün ağ əti doşab və limon qatılmış salatlarla birlikdə yeyin.

10. İspanaq

İspanaq

Qış aylarının vacib tətəvəzi olan ispanaq dəmirlə zəngindir. İspanağı bişmiş halda C vitamini əlavəsi ilə birlikdə yeməklə orqanizmdəki dəmir sorulmasını artıra bilərsiniz. Lakin çox bişirməməyə diqqət edin. Qut xəstələri üçün məsləhət görülmür.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3046 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
HİCRAN (11 ay əvvəl)
Təşəkkürlər