Qarabağ atları növbəti dəfə Etnosport Mədəniyyət Festivalında

Qarabağ atları növbəti dəfə Etnosport Mədəniyyət Festivalında

İstanbulda VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başlayıb. Ölkəmiz festivalda Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 52 nəfərdən ibarətdir nümayəndə heyəti və “Azərbaycan çadırı” ilə təmsil olunur.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan festivala Azərbaycandan 14 Qarabağ atı gətirilib. Nümayəndə heyətimiz xalqımızın qəhrəmanlıq rəmzlərindən olan “Koroğlu”nun adını daşıyan şou-kompozisiya ilə çıxış edəcək. Kompozisiyanın əsasını Qarabağ atları, milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.

Ankarada səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qurulacaq “Azərbaycan çadırı”nda ölkəmizin milli-mədəni dəyərləri, eləcə də milli musiqi və rəqsləri, müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər iştirakçılara təqdim olunacaq. Qonaqlar canlı olaraq mütəxəssislərin Azərbaycan xalçasının toxunma prosesi, miniatür rəsmlərin yaradılması və ağac üzərində oyma sənətinə dair iş prosesini yaxından izləmək imkanı əldə edəcəklər. Tədbirin bədii hissəsində mərkəzin nəzdində fəaliyyət göstərən “Xəzər” rəqs ansamblının ifasında milli rəqslərimiz, azərbaycanlı gənc ritm ustalarının çıxışları, habelə Azərbaycanın Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və onun şagirdlərinin milli musiqimizə dair ifaları nəzərdə tutulub.

İstanbulun Atatürk hava limanının ərazisində təşkil olunan tədbirdə dünyanın 30-dan çox ölkəsi iştirak edir.

Türkdilli xalqlara aid atçılıq, oxatma, güləş kimi milli idman növlərinin nümayiş etdirildiyi festivalda hər il fərqli coğrafiyaların özünəxas oyunları tanıdılır. Bu çərçivədə tədbirdə ilk dəfə Rumıniyanın milli idman növü nümayiş olunacaq.

Qeyd edək ki, 2016-cı ildən etibarən Dünya Etnosport Konfederasiyası tərəfindən ənənəvi olaraq təşkil olunan festivalda indiyədək 50-dən artıq ölkədən 250-dən çox idmançı iştirak edib. Hər il bir milyondan artıq ziyarətçi qəbul edən festivalda iştirakçı ölkələrin milli-mənəvi dəyərlərinin tanıdılması ilə yanaşı oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla müxtəlif ənənəvi idman növləri üzrə yarışlar keçirilir. Qarabağ atlarının nümayişləri isə hər il iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
486 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 35 dəq. əvvəl
  • 10
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 19
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 27
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 35
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 38
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 45