Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib

İyulun 10-da Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verərək əldə ediləcək vəsaitin Qarabağın bərpası istiqamətində həyata keçirilən tədbirlərə töhfə verəcəyini vurğulayıb:

“Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra işğaldan azad edilən ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Qarabağ Dirçəliş Fondu olaraq bu işlərə töhfə verdiyimiz üçün qürur duyuruq. Bugünkü konsert də doğma Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə keçirilir. Bu baxımdan bu tədbiri adi mədəniyyət tədbirindən daha çox işğaldan azad edilmiş torpaqlarımızın bərpası və dirçəlişi naminə həmrəyliyimizin və birliyimizin təzahürü kimi də qiymətləndirə bilərik”.

İdarə Heyətinin sədri “Qarabağ gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet əldə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib.

Konsertin tərəfdaşlarından olan “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək bu cür təşəbbüslərə dəstək göstərməyin əhəmiyyətini qeyd edərək, işğaldan azad edilən ərazilərin bərpası istiqamətində həyata keçirilən tədbirlərdə həmrəyliyin vacibliyini vurğulayıb.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, “Qaytağı” instrumental ansamblı çıxış edərək qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.

Sonda konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək Qarabağ Dirçəliş Fonduna dəstək olan tərəfdaşlara və donorlara – Mədəniyyət Nazirliyinə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına, “Azərlotereya” ASC-yə, “Reform Group” MMC-yə, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə, “iTicket Production” MMC-yə, “Avrora” MMC-yə, Veysəloğlu Şirkətlər Qrupuna, “McDonald’s Azərbaycan” QSC-yə, “Huner Group” MMC-yə, “Caspian Event Organisers” MMC-yə, “Bakı Metropoliteni” QSC-yə, eləcə də konsertdə iştirak edən musiqiçilərə Qarabağ Dirçəliş Fondu adından rəsmi ziyafət verilib, xüsusi plaket və “Təşəkkür sertifikatı” təqdim olunub.

Qeyd edək ki, konsertdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin yenidən qurulmasına yönəldiləcək.

Xatırladaq ki, “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci ildə Bakıda, ikinci konsert isə 17 iyun 2023-cü il tarixində Gəncə şəhərində keçirilib.

Müvafiq olaraq Bakıda təşkil olunan xeyriyyə konsertindən əldə olunan 171.257 manat vəsait Şuşa şəhərində yerləşən mədəniyyət müəssisələrinin birinə musiqi aləti – royalın alınmasına yönəldilib. Gəncədə təşkil olunan konsertdən əldə olunan 140.220 manat vəsaitin isə Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldilməsi təmin edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
3 gün əvvəl
348 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ticarət həcminin 30 milyard dollara çatdırılması nəzərdə tutulur
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Farhan Əl-Səud...
  • 3 dəq. əvvəl
  • 4
Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata...
  • 1 saat əvvəl
  • 17
Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
ABŞ hüquq-mühafizə orqanları Ağ evin keçmiş rəhbəri Donald Trampa sui-qəsddə şübhəli...
  • 1 saat əvvəl
  • 19
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt...
  • 2 saat əvvəl
  • 28
Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.AZƏRTAC...
  • 4 saat əvvəl
  • 36
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır
Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və...
  • 5 saat əvvəl
  • 50