
Qarabağ ilə Sevilyanın oyununa artıq 10.000-dən artıq bilet satılıb!
Azərbaycan çempionu "Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-da İspaniya təmsilçisi "Sevilya”nı qəbul edəcək.
Artıq qarşılaşmanın biletləri sentyabrın 14-dən etibarən satışdadı. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-di.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, ilk gündə 10000 biletdən artıq satılıb. Bu isə qısa zamanda bütün biletlərin satılacağı ehtimalını artırır.
Sentyabrın 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” - "Sevilya” matçına saat 20:55-də start veriləcək.
Biletlərin satış məntəqələri:
- Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
- Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
- Park Bulvar AVM (iticket satış məntəqəsi)
- ASAN 2, 3 (Yasamal, Amay t/m)
- İticket.az (onlayn)
Mənbə: fanat.az
Dostlarınla paylaş:
4 il əvvəl
6463 dəfə oxundu
6463 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Qarabağ