Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri Ankarada Türkiyə qəhrəmanlarının xatirəsini anıblar

Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri Ankarada Türkiyə qəhrəmanlarının xatirəsini anıblar

“YAŞAT” Fondu ilə “Türkiyə və Azərbaycan Sahibkar və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə həyata keçirdiyi “Qardaş ailə” proqramı çərçivəsində Ankarada səfərdə olan Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 30 nəfərlik qrup paytaxtın Cebeçi rayonunda Şəhid məzarlığını ziyarət edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, şəhidlərin ailə üzvləri Vətən uğrunda canlarını fəda etmiş Azərbaycan və Türkiyə övladlarının xatirəsinə dualar oxuyub, qəhrəmanların məzarları üzərinə gül dəstələri düzüblər.

Azərbaycandan olan şəhidlərin valideynləri Türkiyədə qeyd olunan Zəfər bayramı ilə əlaqədar məzarlıqda dəfn edilən türk əsgərlərinin doğmaları və yaxınları ilə söhbət ediblər.

İki şəhid anası Sevinc Əhmədova bildirib ki, oğulları Əli və İslam eyni gündə şəhidlik zirvəsinə ucalıblar. O vurğulayıb: “Oğullarım qəhrəmandır. Onlar Vətən, işğal altında olan torpaqların azad edilməsi uğrunda canlarından keçiblər. Onlarla fəxr edirəm”. Sevinc xanım türk analarının ağrısını yaxından hiss etdiyini, Azərbaycan və Türkiyə şəhidləri arasında heç bir fərq qoymadığını bildirib.

“Qardaş ailə” proqramı “YAŞAT” Fondu ilə “Türkiyə və Azərbaycan Sahibkar və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə səyləri ilə həyata keçirilir.

Sentyabrın 2-dək davam edəcək səfər çərçivəsində Qarabağ müharibəsi şəhidlərinin ailələri Türkiyənin Milli Müdafiə Nazirliyində qəbul edilib, qardaş ölkənin Prezident Administrasiyasında, Gənclər və İdman Nazirliyində olublar.

Səfər proqramına Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyinə və ev-muzeyinə ziyarət də daxildir.

Həmçinin Türkiyədə qazi və şəhid ailələri ictimai birliklərinin nümayəndələri ilə müzakirələr planlaşdırılır.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
18 gün əvvəl
335 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ikinci sui-qəsd...
  • 1 saat əvvəl
  • 17
Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir
Fransa Prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi...
  • 2 saat əvvəl
  • 24
Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır
Bu günlərdə Bişkekdə Mərkəzi Asiya və Əfqanıstanda iqlim dəyişmələri məsələləri...
  • 3 saat əvvəl
  • 35
Belarusdakı diaspor üzvləri təltif ediliblər
Sentyabrın 17-də Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi...
  • 3 saat əvvəl
  • 37
Dünyaşöhrətli səyyah: Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi
“Özümü çox yaxşı hiss edirəm”.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu...
  • 5 saat əvvəl
  • 43
Azərbaycan cinayət məsuliyyətinə cəlb olunan üç Türkiyə vətəndaşını qarşı tərəfə təhvil verib
Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində...
  • 6 saat əvvəl
  • 47