![Qarabağ Universitetinə rektor təyin olunub](/uploads/news-thumbs-900x600/qarabag-universitetine-rektor-teyin-olunub.jpeg)
Qarabağ Universitetinə rektor təyin olunub
Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
2 ay əvvəl
521 dəfə oxundu
521 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)