“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Qazax rayonunun II Şıxlı kəndində yerləşən aqroparka media nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, media nümayəndələrinə aqropark haqqında ətraflı məlumat verilib. Bildirilib ki, aqroparkın ümumi əkinə yararlı 800 hektar sahəsində kartof, buğda və arpa əkilib. Aqroparkın Abşeron rayonunda yerləşən təsərrüfatında isə 7,5 hektar intensiv badam bağı salınıb.

2023-cü ildə aqroparkda 12000 ton kartof, 250 ton arpa və 750 ton buğda, cari ilin 6 ayında isə 645 ton buğda istehsal edilib. Bu il aqroparkın 340 hektarında əmtəəlik kartof əkilib və hazırda kartof yığımı davam edir. Əkin sahəsində orta məhsuldarlıq 40 - 41 ton kartof təşkil edir. “Qazax Aqropark”da gündəlik 250 ton kartofun təmizlənməsi, çeşidlənməsi və qablaşdırılması xətti, tutumu 7800 kubmetr, Abşeronda isə tutumu 14 min 889 kubmetr olan 2 soyuducu anbar kompleksi fəaliyyət göstərir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
9 gün əvvəl
359 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ticarət həcminin 30 milyard dollara çatdırılması nəzərdə tutulur
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Farhan Əl-Səud...
  • 40 dəq. əvvəl
  • 15
Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata...
  • 1 saat əvvəl
  • 23
Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
ABŞ hüquq-mühafizə orqanları Ağ evin keçmiş rəhbəri Donald Trampa sui-qəsddə şübhəli...
  • 2 saat əvvəl
  • 25
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt...
  • 3 saat əvvəl
  • 33
Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.AZƏRTAC...
  • 4 saat əvvəl
  • 40
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır
Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və...
  • 6 saat əvvəl
  • 54