Qazaxıstan nümayəndə heyəti Azərbaycan Ağsaqqallar Şurasında olub

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Ağsaqqallar Şurasında olub

İyunun 21-də Qazaxıstanın Manqistau vilayətinin Ağsaqqallar və Xalq Nəzarəti Şurasının sədri Onaybek Abdilov, Manqistau Vilayət Xalq Assambleyasının sədri, Mediasiya Şurasının rəhbəri, Ağbirçəklər Şurasının katibi Amangül Abdiqaliyevna Azərbaycan Ağsaqqallar Şurasında olublar.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev iki ölkənin dövlət başçıları arasında mehriban münasibətlərin, yüksək səviyyəli səfərlərin və qarşılıqlı etimadın münasibətlərimizin yeni mərhələyə adlamasında mühüm rol oynadığını bildirib.

Regiondakı mövcud vəziyyət barədə qonaqlara ətraflı məlumat verən E.Quliyev Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu, sülh sazişinin imzalanması istiqamətində səylərini davam etdirdiyini deyib. Qeyd edilib ki, Azərbaycan Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə böyük miqyasda bərpa və quruculuq işləri aparır, insanlar mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Qarabağda, Şərqi Zəngəzurda həyat 30 ildən sonra yenidən əvvəlki axarına qayıdır.

“Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə “bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” deməklə Türk dövlətlərinin bir-birinə daha da yaxınlaşmasının, münasibətlərimizin dərinləşdirilməsinin vacibliyi mesajını verdi”, - deyə Azərbaycan Ağsaqqallar Şurasının sədri vurğulayıb.

Qazaxıstanın Manqistau vilayətinin Ağsaqqallar və Xalq Nəzarəti Şurasının sədri Onaybek Abdilov iki ölkə arasında münasibətlərin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Ulu Öndərin Türk dövlətləri arasında xidmətlərini xüsusi qeyd edən qonaq Azərbaycana səfərin ölkələrimiz və xalqlarımız arasındakı mövcud mehriban münasibətlərin daha da genişləndirilməsi məqsədi daşıdığını vurğulayıb.

Ağbirçəklər Şurasının katibi Amangül Abdiqaliyevna ölkələrimiz arasında mədəniyyət, elm, gənclər sahələrində əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Türk xalqlarının adət-ənənələrinin, mədəniyyətinin və xüsusilə ailə dəyərlərinin qorunmasının vacibliyinə diqqət çəkən A.Abdiqaliyevna Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində olduqlarını, müəyyən məsələləri qarşılıqlı müzakirə etdiklərini deyib.

Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Türkdilli dövlətlər arasında mövcud olan əlaqələrin intensivləşməsindən məmnunluğunu ifadə edən akademik əməkdaşlığımızın daha da gücləndirilməsi barədə fikirlərini bölüşüb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
28 gün əvvəl
392 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Londonun ICE...
  • 47 dəq. əvvəl
  • 19
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 1 saat əvvəl
  • 28
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 2 saat əvvəl
  • 28
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 3 saat əvvəl
  • 34
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 4 saat əvvəl
  • 49
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 5 saat əvvəl
  • 52