Qazaxıstan Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması tədbirlərini gücləndirir

Qazaxıstan Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması tədbirlərini gücləndirir

Qazaxıstan Respublikası Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması üzrə lazımi tədbirlər görür.

AZƏRTAC Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, hər il elmi tədqiqatlar təşkil edilir, onların çərçivəsində balıq ehtiyatlarının və digər su heyvanlarının vəziyyətinin monitorinqi və qiymətləndirilməsi aparılır, tədqiqatların nəticələrinə əsasən müvafiq elmi tövsiyələr işlənib hazırlanır.

Beləliklə, balıqçılıq elmi əsaslandırılmış balıq ovu həcmləri çərçivəsində həyata keçirilir ki, bu da bütün ovluq balıq növlərinin təbii populyasiyasına zərər vermədən dəniz balıq ehtiyatlarından davamlı istifadə etməyə imkan verir.

2023-cü ildə Xəzər dənizində qeyri-qanuni balıq ovuna qarşı mübarizəni gücləndirmək üçün Qazaxıstanın Kənd Təsərrüfatı, Daxili İşlər nazirlikləri və Milli Təhlükəsizlik Komitəsi arasında 2023-2025-ci illər üçün Xəzər hövzəsinin Jayık akvatoriyasında brakonyerliyə qarşı mübarizə üzrə Birgə Fəaliyyət Planı təsdiq edilib.

Xatırladaq ki, avqustun 12-də beş Xəzəryanı dövlətdə Beynəlxalq Xəzər Günü qeyd olunur.

Xəzər dənizi unikal su hövzəsidir və ərazisinə görə dünyanın ən böyük gölüdür. Xəzər dənizinin sahilləri beş dövlətə - Qazaxıstan, Rusiya, İran, Türkmənistan və Azərbaycana məxsusdur.

2006-cı ildə Xəzər dənizinin və ətraf mühitin çirklənmədən qorunmasına dair Çərçivə Konvensiyası qüvvəyə minmişdir. Sənəd 2006-cı il avqustun 12-də Tehranda imzalanıb.

Xəzər dənizinin ehtiyatlarından praktiki istifadənin əsas sahələrindən biri balıqçılıq və balıqyetişdirmədir.

Elşən Rüstəmov

Astana

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
405 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir
Fransa Prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi...
  • 16 dəq. əvvəl
  • 3
Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır
Bu günlərdə Bişkekdə Mərkəzi Asiya və Əfqanıstanda iqlim dəyişmələri məsələləri...
  • 1 saat əvvəl
  • 22
Belarusdakı diaspor üzvləri təltif ediliblər
Sentyabrın 17-də Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi...
  • 1 saat əvvəl
  • 23
Dünyaşöhrətli səyyah: Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi
“Özümü çox yaxşı hiss edirəm”.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu...
  • 3 saat əvvəl
  • 28
Azərbaycan cinayət məsuliyyətinə cəlb olunan üç Türkiyə vətəndaşını qarşı tərəfə təhvil verib
Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində...
  • 4 saat əvvəl
  • 38
Çempionlar Liqası: “Sabah” İsveç klubuna uduzub
Azərbaycanı basketbol üzrə Çempionlar Liqasında təmsil edən "Sabah" komandası bu gün ilk...
  • 4 saat əvvəl
  • 39