Qazaxıstanda Orta dəhliz üzrə yükdaşımaların həcmi artır
2024-cü ilin 7 ayı ərzində Aktau və Kurık dəniz limanları ilə 4,2 milyon tona yaxın yük daşınıb. Bu göstərici ötən ilin eyni dövrünün səviyyəsində qalıb.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Dəmiryolu və Dəniz Nəqliyyatı Komitəsinin sədr müavini Kasım Tlepov bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yükdaşımaların həcmi 63 faiz artaraq 2,5 milyon ton təşkil edib.
“İldən-ilə bu marşrut üzrə yüklərin çeşidi genişlənir”, - deyə o bildirib.
K. Tlepov qeyd edib ki, bu il Aktau və Kurık limanları ilə 8 milyon tona yaxın, o cümlədən TBNM vasitəsilə 4,2 milyon ton yükün daşınması planlaşdırılır.
Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Elşən Rüstəmov
Astana
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
375 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)