Qəbələdə 180 nəfər könüllü qan verib

Qəbələdə 180 nəfər könüllü qan verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən qanvermə aksiyasında 180 nəfər könüllü qan verib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin dəstəyi ilə keçirilən, Məhərrəmlik ayına təsadüf edən aksiyanın məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.

Qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, həmçinin sakinlər fəallıq göstəriblər. Əvvəlcə hər bir donorun sağlamlığı yoxlanılıb. Müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan götürülüb.

Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
6 gün əvvəl
347 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 1 saat əvvəl
  • 11
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 13
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 2 saat əvvəl
  • 28
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 3 saat əvvəl
  • 34
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 3 saat əvvəl
  • 38
Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin...
  • 5 saat əvvəl
  • 47