Qəbələnin Savalan kəndində 3 ədəd Günəş Elektrik Stansiyası istifadəyə verilib

Qəbələnin Savalan kəndində 3 ədəd Günəş Elektrik Stansiyası istifadəyə verilib

Qəbələnin Savalan kəndində hər birinin gücü 150 kVt olmaqla, 3 ədəd Günəş Elektrik Stansiyası istifadəyə verilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu münasibətlə təqdimat mərasimi keçirilib.

Stansiyaların tikintisi Azərbaycanın “SEES” MMC şirkəti tərəfindən yerinə yetirilib. MMC-nin baş direktoru Vüqar Şahmuradovun sözlərinə görə, quraşdırılan avadanlıqlar dünya üzrə ən aparıcı istehsalçılardan alınır və günəş panellərinə zavod tərəfindən 15 il, panellərin istehsal gücünə isə 30 il zəmanət verilir. Azərbaycan Respublikasında bu günə olan mövcud tariflər üzrə hesablamalara əsasən, quraşdırılacaq hər bir Günəş Elektrik Stansiyası sərf ediləcək vəsaiti 3-5 il ərzində geri ödəyəcək və növbəti illərdə stansiya müəssisəyə və ya fərdi ev sahiblərinə əlavə qazanc mənbəyi kimi işləyəcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 saylı qərarı Azərbaycan vətəndaşları üçün əlavə gəlir imkanları ilə yanaşı, ekologiyanın yaxşılaşdırılması və paylayıcı şəbəkənin artıq yüklənməsinin qarşısını alır.

Qeyd edək ki, böyük Günəş elektrik stansiyalarından fərqli olaraq paylanmış şəkildə qurulan kiçik stansiyalar yerli transformator məntəqələri vasitəsilə paylanılır və paylayıcı şəbəkədən ötürüləcək gücləri qismən əvəzləyir. Ekoloji göstəricilərə gəldikdə isə, Savalanda quraşdırılan 450 kVt gücündə Günəş Elektrik Stansiyası 1 ay ərzində 55.000 kVt saat “yaşıl” elektrik enerjisi istehsal edir ki, bu da atmosferə atılan 45 ton karbon emissiyasının azaldılması və ya 3 mindən çox ağacın əkilməsi deməkdir.

Ümumiyyətlə, son illərdə Azərbaycanda uğurla aparılan “yaşıl” enerji siyasəti artıq sənaye müəssisələri və hətta fərdi evlərdə də tətbiq edilməyə başlanılıb. Belə ki, hər bir elektrik enerjisi istehlakçısı bərpaolunan enerji mənbələri (BOEM) hesabına 150 kVt gücünə qədər şəxsi elektrik stansiyası quraraq aktiv istehlakçıya çevrilə bilər. Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli qərarına əsasən mümkün olub. Bununla da fəaliyyət növündən asılı olmayaraq hər bir müəssisə və fərdi ev sahibləri quraşdırdığı BOEM stansiyasından aldığı elektrik enerjisi hesabına həm daxili tələbatını ödəyə, həm də artıq istehsal etdiyi elektrik enerjisini dövlətə satmaqla əlavə gəlir əldə edə bilərlər. Ölkə ərazisində BOEM-lərdən istifadənin genişləndirilməsi, Azərbaycan dövlətinin apardığı “yaşıl” enerji siyasəti və bu il Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) iqlim dəyişikliklərinin tənzimlənməsi istiqamətində atılan önəmli addımlardır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
326 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Pompeydə “Böyük Yeddiliyin” mədəniyyət sammiti təşkil olunacaq
İtaliya “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində Pompey şəhərində bu...
  • 1 saat əvvəl
  • 15
Lando Norris: Oskar özü üçün mübarizə aparır
Bakıda “McLaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Oskar Piastri lazım...
  • 1 saat əvvəl
  • 18
ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.AZƏRTAC-ın ABŞ Xəzinə...
  • 2 saat əvvəl
  • 28
Dünya Köçəri Oyunlarında növbəti medal
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya...
  • 4 saat əvvəl
  • 36
Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb
“Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur....
  • 4 saat əvvəl
  • 39
Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin...
  • 6 saat əvvəl
  • 48