Qış aylarında Azərbaycan daxili ailəvi istirahət edə biləcəyiniz ən gözəl 10 otel

Gündəmimizdə ailə ilə bölüşmək üçün vaxt olmalıdır. Hərkəs ailəsi ilə xoş, əyləncəli istirahət keçirmək istəyir. Ailə dəyərlərimizin necə önəmli olduğunu hamımız bilirik. Birlikdə istirahət günləri üçün planlar qurmaq lazımdır. Bu yazımızda biz araşdırma apardıq və istədik ki, sizə Azərbaycan daxili ailəvi gedə biləcəyiniz ən gözəl otel seçimində yardımcı olaq. Bütün ailələrin zövqlərinə uyğun olacaq otelləri araşdırdıq və həmin otelləri sizin üçün paylaşırıq.

1. Marxal Resort & SPA Hotel

Marxal Resort & SPA Hotel

Azərbaycanın ən yaxşı otellərindən biri Marxal Resort & Spa doğma ev füsunkarlığı ilə 5 ulduzlu məkanın lüksu və rahatlığını özündə birləşdirir. İçəri addımladığınız ilk andan etibarən bura sizi uzaqlara aparır. Geniş qarşılama ərazisi sizə xoş salamlama, sakitləşdirici və möhtəşəm mühit təqdim edir. Bu otel qüsursuz qonaqsevərliyi ilə sizə istirahətiniz boyunca öz evinizdə olduğunuz kimi əziz qonaq hissini verəcək. Marxal Resort & Spa Kompleksi Şəkinin dağlarla əhatə olunmuş sirli guşəsində, dəniz səviyyəsindən 1080 m. yüksəklikdə yerləşir. Otelin coğrafi mövqeyi onu təkrarolunmaz və xüsusi edir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biri və abidələr qoruğudur. Otelimizdə hər cür şərait var.

1. Səhər yeməyi
2. SPA xidmətləri
3. Hovuz
4. Fitnes zalı
5. Türk hamamı
6. Quru Sauna
7. Buxar otağı
8. Boulinq
9. Bilyard
10. Stolüstü tennis
11. Diskoteka
12. Kino zal
13. Karaoke

Ünvan və əlaqə nömrələri:

Marxal Resort & Spa, Azərbaycan, Şəki şəhər Kış kəndi
+994 55 500 35 85
+994 12 585 35 85

Marxal Resort & SPA Hotel-in sosial media hesabları:

https://www.instagram.com/marxalresortspa/

https://www.facebook.com/marxalresort/

2. Qafqaz Sport Hotel

Qafqaz Sport Hotel

Böyük Qafqaz dağlarının ətəklərində yerləşən 5 ulduzlu Qafqaz Sport Hotel Qəbələ şəhərinin mərkəzindən bir neçə dəqiqəlik məsafədə və müxtəlif beynəlxalq idman obyektlərinin yaxınlığında yerləşir. Geniş yaşıl ərazini əhatə edən bu dəbdəbəli otel müxtəlif otaq tipləri və fərdi kottecləri ilə bütün qonaqların zövqünü və tələblərini ödəyə bilir. Zövqlü interyeri ilə göz oxşayan otaqlarımızda istirahət edə bilərsiz. Otelimiz böyük idman və digər tədbirlərə ev sahibliyi edə bilər. Qafqaz Sport Hotel də anı yaşayın. Otelimizdə hər cür şərait var.

1. Səhər yeməyi
2. SPA və Sağlamlıq mərkəzi xidmətləri
3. Sauna
4. Qapalı hovuz
5. Türk hamamı
6. Buxar hamamı
7. Fitness zalı
8. Ödənişsiz wifi
9. Lobbydə çay dəstgahı

Ünvan və əlaqə nömrələri:

Qəbələ şəh., Elçin Kərimov 36
+994 24 205 43 50
+994 10 724 11 11
+994 50 290 34 96

Qafqaz Sport Hotel-in sosial media hesabları:

https://www.instagram.com/qafqaz_sport_hotel/

3. Qəbələ Yeddi Gözəl Hotel

Qəbələ Yeddi Gözəl Hotel

Qafqaz Yeddi Gozel Resort Hotel Qəbələ şəhərindən bir az aralıda, Vəndam qəsəbəsində yerləşən 3 ulduzlu oteldir. Magistral yolun kənarında müasir üslubda inşa olunmuş otelimiz 2013-cü ildən etibarən fəaliyyət göstərir. Otelin restoran və barı 24 saat qonaqların xidmətindədir. Həmçinin isti yay aylarında otelin həyətində olan köşk-çardaqlar da istifadəyə verilir və burada qonaqların piknik etməsi üçün müvafiq şərait yaradılır. Otelimizdə böyük yığıncaq və məclislərin keçirilməsi üçün də əlverişli şərait mövcuddur. Bundan başqa otelimiz füsünkar təbiətə malik Qəbələ rayonunun əsas gəzməli-görməli yerlərinə, o cümlədən Nohur gölü və Yeddi Gözəl şəlaləsinə yaxın məsafədə yerləşdiyindən rahat istirahətlə yanaşı doyunca səyahət etmək istəyənlər üçün də ideal bir məkandır. Şəhərin yorğunluğunu və həyəcanını atmaq üçün "Qəbələ Yeddi Gözəlin" imkanlarından yararlanmaqdan gözəl nə ola bilər?. Otelimizdə hər cür şərait var.

1. Səhər yeməyi
2. Sauna
3. Fitnes zalı
4. Stolüstü tenis
5. Bilyard
6. Hovuz
7. Buxar hamamı

Ünvan və əlaqə nömrələri:

Vandam village, Gabala Azerbaijan AZ3628 Kebele, Azerbaycan
+994 50 856 16 77
+994 50 831 77 88

Qəbələ Yeddi Gözəl Hotel-in sosial media hesabları:

https://www.instagram.com/gabala_yeddi_gozel_hotel/

https://www.facebook.com/YeddiGozelHotelGabala/

4. EL Resort Qax Hotel

EL Resort Qax Hotel

Qaxda yerləşən və mənzərəli dağlarla əhatə olunmuş El Resort regionda yeganə və yeganə premium tipli ailə kurortudur. O, ailə qaçışları, romantik qonaqlıqlar, işgüzar görüşlər, komanda binaları və toylar üçün ideal məkan kimi xidmət edir. Yaxşı səyahət edən qonaqlar geniş otaqlarımızın birində yaşayarkən möhtəşəm dağların heyrətamiz mənzərəsindən həzz ala bilərlər. Həftəsonu istirahətinizdən zövq almaq üçün rezervasiya etməyə tələsin. Oteldə dincələrkən işlərinizə də rahat vaxt ayıra biləcəksiz. Otelimizdə hər cür şərait var.

1. Səhər yeməyi
2. SPA
3. Fitnes
4. Müalicələr
5. Üzgüçülük-Hovuz
6. İdman zalı
7. İstirahət Obyektləri

Ünvan və əlaqə nömrələri:

Heydər Əliyev prospekti, Qax, Azərbaycan, AZ3400
+994 70 445 52 02
+994 24 255 52 02

EL Resort Qax Hotel-in sosial media hesabları:

https://www.instagram.com/elresortqakhhotel/

https://www.facebook.com/ELresort/

5. Şəki Palace Hotel

Şəki Palace Hotel

Restoran və fitness mərkəzi olan Sheki Palace Hotel Şəkidə, Xan Sarayından 50 metr məsafədə yerləşir. Obyektin günəş terrası var. Wifi giriş pulsuzdur. Bütün otaqlar klassik üslubda bəzədilmişdir və düz ekran TV, kondisioner və minibar ilə təchiz edilmişdir. Qüvvətli şəxsi vanna otağında saç qurutma maşını və pulsuz tualet əşyaları var. Əlavə şəraitə iş masası və seyf kassa daxildir. Qonaqlar Terrace restoranlarına baş çəkə və Azərbaycan mətbəxindən həzz ala bilərlər. Obyektdən 50 metr aralıda avtobus dayanacağı var. Qatar stansiyasına maşınla 30 dəqiqəlik məsafədə yerləşir. Rahatlığınız və xoş istirahətiniz üçün Şəki Palace Hotel-də sizə lazım olan hər şey var.

1. Səhər yeməyi
2. Restoran
3. Sauna
4. Hovuz
5. Lavanda Spa
6. Qapalı hovuz
7. Türk hamamı
8. Spa
9. Fitnes
10. Sürətli İnternet

Ünvan və əlaqə nömrələri:

Axundzadə prospekti, Şəki, Azərbaycan
+994 55 455 05 32
+994 55 455 05 37

Şəki Palace Hotel-in sosial media hesabları:

https://www.instagram.com/shekipalacehotel/

https://www.facebook.com/shekipalacehotels

6. Quba Palace Hotel

Quba Palace Hotel

Mənzərəli ərazidə yerləşən, təmiz dağ havasında, səs-küy və stresdən uzaq bir məkanda özünüzə vaxt ayırmağa dəyər. Otaqlar kondisioner, oturma sahəsi, soyuducu və düz ekran peyk televiziyası ilə təchiz olunub. Vanna otağında fen və bornoz var. Siz milli, beynəlxalq və Avropa mətbəxinin təamlarını təqdim edən 3 restorandan birində nahar edə və ya barbekü imkanlarından istifadə edə bilərsiniz. Oteldə bar da var. İstək əsasında otaq xidməti və otaqda yemək verilir. Dostlarla, yaxud ailə üzvləri ilə birgə keçən istirahət daha maraqlı olar. Zövqlü və rahat məkan seçimi isə belə günləri unudulmaz edər.

1. Səhər yeməyi
2. Spa
3. Sağlamlıq mərkəzi
4. Qapalı
5. Açıq hovuzlar
6. Sauna
7. Hamam
8. Fitnes
9. Tennis
10. Stolüstü tennis
11. Qolf
11. Mini futbol

Ünvan və əlaqə nömrələri:

Quba, İspik küç
+994 12 404 34 34
+994 050 281 81 50

Quba Palace Hotel-in sosial media hesabları:

https://www.instagram.com/qubapalacehotel/

https://www.facebook.com/qubapalacehotel

7. Quba Vadi Chalet Hotel

Quba Vadi Chalet Hotel

Qubanın Küsnətqazma kəndində ailəniz ilə birlikdə dağ mənzərəli otelimizdə istirahətiniz üçün rahat və müasir, həmçinin eyvanlı otaqlarımızla sizin xidmətinizdəyik. Quba Vadi Chalet Hotel restoran və fitness mərkəzi təklif edir. Obyektin həyəti və terası var. Otaqlarda düz ekran kabel televiziyası var. Otel otaqlarında balkon var. Obyektlərdə qarderob da var. Qəbulda azərbaycan, ingilis, rus və türk dillərində danışan işçilər gecə-gündüz kömək etməyə hazırdır. Quba Vadi Chalet Hoteldə valehedici gözəlliy görmək üçün Qubaya gəlməyin əsl vaxtıdır. Otelimizdə hər cür şərait var.

1. Səhər yeməyi
2. Fitnes mərkəzi
3. Parkinq
4. Bağça
5. Sauna
6. Spa
7. Sağlamlıq mərkəzi
8. Pulsuz parkinq

Ünvan və əlaqə nömrələri:

Quba şəhəri, Küsnətqazma kəndi
+994 70 616 31 31

Quba Vadi Chalet Hotel-in sosial media hesabları:

https://www.instagram.com/vadichalet.hotel.quba/

https://www.facebook.com/Vadi-Chalet-Hotel-103566651792205

8. Şamaxı Sakit Göl Hotel

Şamaxı Sakit Göl Hotel

Şəhərdən uzaq mühitdə istirahət etmək istəyirsinizsə Sakit Göl Hotel sizin üçün ideal məkandir. Sakitçilik və ətrafın gözəlliyi sizə xoş təsüratlar bəxş edəcək. Alp dağların Şale üslubunda inşa edilmiş ağır iş günlərindən sonra şəhər kənarında dincəlmək istəyənlər üçün ən yaxşı təklifdir. Əsl sakit, hüzurdolu ab-havanı sevənlərin məkanıdır. Təbiət, sakitlik, təmiz hava və quşların səsi insana bol enerji verir və gündəlik yorğunçuluqu çıxardır. Burada sizin dincəlməyiniz, yadda qalan xoş vaxt keçirməyiniz üçün hər bir şərait yaradılmışdır. Otelimizdə hər cür şərait var.

1. Səhər yeməyi
2. Masaj otağı
3. Fitness Mərkəzi
4. Sauna
5. Türk Hamamı
6. Qapalı Hovuz

Ünvan və əlaqə nömrələri:

Sağyan kəndi, Şamaxı, Azərbaycan
+994 20 267 70 19 / 267 70 56 / 267 70 63
+994 50 229 29 66

Şamaxı Sakit Göl Hotel-in sosial media hesabları:

https://www.instagram.com/sakitgolhotel/

https://www.facebook.com/sakitgol

9. Şahdağ Pik Palace Hotel

Şahdağ Pik Palace Hotel

Azərbaycanın dilbər Şahdağında təmiz dağ həzzini hiss edin. Eyvanınızda Qafqaz Dağlarının füsunkar mənzərələri ilə dincəlin. Yüksək səviyyəli dekor, müasir təchizatlı eleqant otaq və suitlər, habelə Şahdağ dağlarının ecazkar mənzərələrindən zövq alın. Şahdağ dağ kurortu qədim zamanlardan Azərbaycanın istirahət sığınacağı olub. Şahdağda Sehrli İstirahət edə bilərsiniz. Qonaqlarımız burada sevgi dolu qış nağılını yaşayır. Pik Palace-a gəlin və sehrli dağ mənzərəsindən zövq alın. Otelimizdə hər cür şərait var.

1. Xizək sürmə
2. Fitness Mərkəzi
3. Sauna
4. Sağlamlıq terapiyaları
5. Şokolad Kafe
6. Alpina Brasserie və Şərab Barı

Ünvan və əlaqə nömrələri:

Qusar-Laza yolu km 29, Şahdağ, Qusar 3800
+994 12 310 20 10

Şamaxı Sakit Göl Hotel-in sosial media hesabları:

https://www.instagram.com/pikpalacehotel/

https://www.facebook.com/pikpalacehotelshahdag

10. Şirvan Hotel & SPA Şamaxı

Şirvan Hotel & SPA Şamaxı

Şirvan Hotel əsl arzuladığınız məkandır. Səmimi söhbətlər üçün mükəmməl məkan, Şirvan Hotel. Dostlarınız, sevdiklərinizlə birgə gələ biləcəyiniz ideal yer. Şəhərin səs küyündən, boğucu havasından dincəlmək üçün əsl vaxtdır. İstirahətinizi sakit və hüzur dolu keçirmək istəyənlər üçün əvəzolunmaz məkan buradır. Həftə sonları ailəniz ilə birlikdə otelimizin xidmətlərindən istifadə edərək rahatalayın və yorğunluğunuzu unudun. Şirvan Hoteldə qalan qonaqlar üçün Sakit Göl Hotel giriş və istrahət ödənişsizdir. Otelimizdə hər cür şərait var.

1. Səhər yeməyi
2. Hovuz
3. Billyard zalı
4. Əyləncə otağı
5. Konfrans zalı
6. Sağlamlıq mərkəzi

Ünvan və əlaqə nömrələri:

Şəhriyar 14, Şamaxı 5600 Azərbaycan
+994 50 229 29 55

Şirvan Hotel & SPA Şamaxı-nın sosial media hesabları:

https://www.instagram.com/shirvan_hotel/

https://www.facebook.com/shirvanhotel/

Qış aylarında Azərbaycan daxili ailəvi gedə biləcəyiniz ən gözəl 10 otellər. Ailənizlə və sevdiklərinizlə birlikdə maraqlı, əyləncəli və unudulmaz istirahət etməyiniz üçün sizə kömək etməyə çalışdıq.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
4697 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 2 ay əvvəl
  • 803
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 5 ay əvvəl
  • 871
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 892
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 6 ay əvvəl
  • 1549
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 6 ay əvvəl
  • 928
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1059