Qlobal istiləşməyə görə Avstraliyada dəvələrə münasibət dəyişir

Qlobal istiləşməyə görə Avstraliyada dəvələrə münasibət dəyişir

Qlobal istiləşmə Avstraliyada dəvələrə münasibətin dəyişməsinə səbəb olub.

AZƏRTAC RFİ-yə istinadla xəbər verir ki, 150 il əvvəl britaniyalı koloniyaçılar tərəfindən materikə nəqliyyat vasitəsi kimi gətirilən dəvələr burada çox sürətlə yayılıb. Əlverişli şərait, yırtıcıların olmaması bu canlıların tez bir zamanda çoxalıb ziyanvericiyə çevrilməsi ilə nəticələnib. Hazırda Avstraliyada 1 milyon başdan çox dəvə var. Onların sayı 10 ildə ikiqat arta bilər.

Hökumət vaxtaşırı olaraq vəhşi dəvələrin sayının tənzimlənməsini həyata keçirir. Lakin son vaxtlar “səhra gəmiləri”nə münasibət dəyişir.

Bəzi iş adamları bu heyvanlardan gəlir əldə etmək istəyir. Artıq bir neçə sahibkar dəvələrlə turizm səfərləri təşkil edərək ciddi gəlir əldə edib. Bəzi sahibkarlar isə təbiətdə sərbəst gəzən heyvanları süd və ətindən istifadə etmək üçün xüsusi təsərrüfatlarda bəsləməyə başlayıb.

İş adamı Rayan Mak Milanın fikrincə, dəvələr zərərverici deyil, lakin onlardan az səmərə əldə edilib: “Bu heyvanlar qlobal isinməyə ideal şəkildə adaptasiya olurlar. Onlar heç bir canlının yaşaya bilmədiyi Avstraliya səhralarında rahatlıqla yaşayırlar”.

Hazırda avstraliyalı fermerlər dəvələrin ət və südünü Yaxın Şərq regionuna sataraq mənfəət əldə etmək istəyirlər. Artıq bir istehsalçı bu yöndə fəaliyyətə başlayıb. Artıq dəvələr avstraliyalıların nəzərində dağıdıcıdan xeyir verənə çevrilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
13 gün əvvəl
368 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü...
  • 11 saat əvvəl
  • 66
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 14...
  • 1 gün əvvəl
  • 134
Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib
“Yaqi” qasırğasının yaxınlaşması ilə əlaqədar Vyetnamda sentyabrın 7-də yerinə...
  • 1 gün əvvəl
  • 140
Aynur Abbasova: Şuşa şəhərində coğrafiya müəllimi kimi fəaliyyət göstərəcəm
“Doğma Qarabağımıza, Şuşamıza qədəm qoyacağımız üçün çox sevincliyik”.Bu...
  • 1 gün əvvəl
  • 144
Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç...
  • 1 gün əvvəl
  • 147
Dünyanın ilk nüvə saatının prototipi hazırlanıb
Alimlər nüvə saatında tələb olunan əsas komponentləri müəyyənləşdiriblər və ilk...
  • 1 gün əvvəl
  • 152