Ramazan ayı bütün günlərin duaları 2022

Yenilənmə tarixi: 2022-03-27

Ramazan ayı boyunca bütün günlərin dualarını bir məqalədə topladıq. Otuz günün hamısının duasını həm mətn olaraq, həm də şəkil olaraq telefonunuza yükləyərək dostlarınızla paylaşa bilərsiniz. Ramazan ayı günün duaları yazılı şəkilləri whatsapp statusunuzda və ya instagram hesabınızda da paylaşa bilərsiniz.

Ramazan ayı hicri təqvimi ilə, yəni ərəb ayları ilə, başqa sözlə, qəməri ilə 9-cu (doqquzuncu) aydır. Ramazanın digər aylarla müqayisədə böyük yeri var. Çünki Ramazan ayı on bir ayın sultanıdır. Çünki Quranın endirilməsinə bu ayda başlanılıb. Bundan əlavə, min aydan daha xeyirli olan “Qədr gecəsi” bu aydadır və təbii ki, bu ayda oruc da tutulur.

Mübarək Ramazan ayı çox şərəflidir. Bu ayda edilən namaz, zikr, sədəqə və bütün ibadətlərin savabı digər aylarda qılınan vacib namazlar kimidir. Bu ayda qılınan bir fərz digər aylarda qılınan yetmiş fərz kimidir. Bu ayda oruc tutana iftar verənin günahları bağışlanar. O, cəhənnəmdən azad olacaq. Ona həmin oruc tutanın savabı qədər savab verilir.

Türkcə gündəlik ramazan duası üçün:

Ramazan ayı gündəlik dualar 2022

Allah bütün oruc tutanların oruclarını qəbul etsin.

1-ci günün duası

İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat, bu ayda günahımı bağışla, ey Aləmlərin Allahı, məni əfv et, ey günahkarları Əfv edən Allah!

Ramazan birinci günün duası

2-ci günün duası

İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ayda məni uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et!

Ramazan ikinci günün duası

3-cü günün duası

İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, məni bu ayda pis şeylərdən və qafillikdən uzaq et, ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ayır!

Ramazan üçüncü günün duası

4-cü günün duası

İlahi, bu ayda mənə Sənin (oruc tutmaq barədə) əmrini yerinə yetirməyə qüvvət ver, Səni zikr etməyin şirinliyini bu ayda mənə dadızdır, səxavətinə görə Sənə şükr etməyə məni ruhlandır, məni bu ayda Özün hifz etdiyin, (qadadan-bəladan) saxladığın kimi hifz et, ey Bəsirətlə nəzər edən Allah!

Ramazan dördüncü günün duası

5-ci günün duası

İlahi, bu ayda məni günahlarının bağışlanmasını ist əyənlərdən qərar ver, Məni bu ayda Öz saleh və itaətkar bəndələrindən et, Məni bu ayda Özünə yaxınlaşdırdığın dostlarından et Mərhəmətin xatirinə, ey Mərhəmətlilərin Mərhəmətlisi!

Ramazan beşinci günün duası

6-cı günün duası

İlahi, bu ayda məni Sənə asiliyə məruz qoymaqla rüsvay etmə, Öz intiqam qamçınla məni vurma, Öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey Rəğbət bəsləyənlərin son dərəcə Rəğbətlisi!

Ramazan altıncı günün duası

7-ci günün duası

İlahi, bu ayın orucunu tutmaqda və namazını qılmaqda mənə kömək ol, məni bu ayın səhvlərindən və günahlarından uzaqlaşdır, bütün bu ayı Səni zikr etməyi mənə qismət et, Öz köməyin sayəsində, ey azanları doğru yola çıxaran Allah!

Ramazan yeddinci günün duası

8-ci günün duası

İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək yedirtməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətin sayəsində, ey Ümid edənlərin Pənahı!

Ramazan səkkizinci günün duası

9-cu günün duası

İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, mənə bu ayda Öz açıqaşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!

Ramazan doqquzuncu günün duası


10-cu günün duası

İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkkül edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan, Məni bu ayda Özünə yaxınlarından qərar ver, öz gözəlliyinlə ey tələbkarların son Qayəsi!

Ramazan onuncu günün duası

11-ci günün duası

İlahi, bu ayda mənə Öz Köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu bu ayda məndən uzaq et, ey yardım istəyənlərin Yardımçısı!

Ramazan on birinci günün duası

12-ci günün duası

İlahi, bu ayda məni Öz himayən sayəsində həya və iffətlə zinətləndir, itaət və razılıq libası ilə bu ayda məni geyindir, bu ayda mənim yükümü ədalət və insaflı et, qorxduğum hər şeydən bu ayda məni amanda saxla. Səni ismətinə And verirəm ey (Ürəklərində) Allah qorxusu olanların Himayəçisi!

Ramazan on ikinci günün duası

13-cü günün duası

İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak qərar ver, və alın yazısı ilə məni bu ayda olacaqlara səbirli et, və məni bu ayda əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlərin gözlərinin qarası Allah!

Ramazan on üçüncü günün duası

14-cü günün duası

İlahi, Öz İzzətin xatirinəbu ayda səhvlərimi mənəayıb tutma, məni bu ayda səhvlərdən və büdrəmələrdən qoru, bəla və dərdlərə düçar etmə, and verirəm izzətinə ey müsəlmanların İzzəti (Şərəfi)!

Ramazan on dördüncü günün duası

15-ci günün duası

İlahi, Mənə bu ayda ürəklərində (təqva) qorxusu olanların itaətini ruzi elə, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç, Sən özün aman ver, ey ürəklərində (təqva) qorxusu olanların Aman verəni!

Ramazan on beşinci günün duası

16-cı günün duası

İlahi, Öz Allahlığın xatirinə bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et, və məni bu ayda şər adamlarla rastlaşmaqdan uzaq et, mənə bu ayda axirətdə Sənin rəhmətinləqərar evində sığınmaq ümidi ver, Allahlığın xatirinə ey Aləmlərin Allahı!

Ramazan on altıncı günün duası

17-ci günün duası

İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdik-ləri barədə izaha və suala ehtiyacı olmayan, ey Aləmlərin qəlblərində olanları bilən! Məhəmmədə (s) və onun pak ailəsinə xeyir və rəhmət bəxş elə!

Ramazan on yeddinci günün duası


18-ci günün duası

İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə ilə işıqlandır, bütün əzalarımı o əsər-əlamətini izləmək üçün tabe et. Səni öz nuruna and verirəm ey ariflərin qəlb-lərini İşıqlandıran Allah!

Ramazan on səkkizinci günün duası

19-cu günün duası

İlahi, bu ayda mənim onun bərəkətindən nəsibimi bol et, mənim xeyir işlərinə yolumu asanlaşdır, və məni onun yaxşılıqlarını qəbul etmək-dən məhrum etmə, ey açıq-aşkar haqqa Hidayət Edən Allah!

Ramazan on doqquzuncu günün duası

20-ci günün duası

İlahi, bu ayda mənim üçün Cənnət bağlarının qapılarını aç, Cəhənnəm odunun qapılarını üzümə bağla, məni bu ayda Quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərinə Xatircəmlik Salan Allah!

Ramazan iyirminci günün duası

21-ci günün duası

İlahi, bu ayda Sənin rizanı qazanmaq üçün mənə bir əlamət göstər, Şeytanın məni tovlaması üçün bir yol qoyma, Cənnəti mənim üçün mənzil və dinclik yeri qərar ver, ey Həqiqət axtaranların Ehtiyaclarını Ödəyən Allah!

Ramazan iyirmi birinci günün duası

22-ci günün duası

İlahi, bu ayda Öz fəzilətinin qapılarını üzümə aç, və mənə bu ayda Öz bərəkətlərini nazil et, və məni bu ayda o işlərə müvəffəq et ki, Sənin rizana səbəb olacaq, və məni bu ayda Öz cənnət bağlarının ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstəcab Edən Allah!

Ramazan iyirmi ikinci günün duası

23-cü günün duası

İlahi, bu ayda məni günahlardan yu (pak et), məni bu ayda eyiblərdən pak qərar ver, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrə-mələrini Bağışlayan Allah!

Ramazan iyirmi üçüncü günün duası

24-cü günün duası

İlahi, bu gün Səndən o şeyi diləyirəm ki, Səni razı salsın, Səni incidəcək şeylərdən Sənə pənah gətirirəm, Səndən bu gün məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət Göstərən Allah!

Ramazan iyirmi dördüncü günün duası


25-ci günün duası

İlahi, bu ayda məni Sənin dostlarını sevən və düşmənlərinə düşmən olan, Peyğəmbərlərinin sonuncusunun yolu ilə gedən qərar ver, ey Peyğəmbərlərinin qəlblərini məsum Qılan Allah!

Ramazan iyirmi beşinci günün duası

26-cı günün duası

İlahi, bu ayda mənim səyimi mükafata layiq, günahımı bu ayda bağışlanmış, əməlimi bu ayda məqbul, eybimi bu ayda üstü örtülmüş qərar ver, ey eşidənlərin ən yaxşı Eşidəni!

Ramazan iyirmi altıncı günün duası

27-ci günün duası

İlahi, bu ayda mənə Qədr gecəsinin fəzilətini ruzi ver, işlərimi bu ayda çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et, günahları və günah yükünü üstümdən götür, ey Öz saleh bəndələrinə Mehriban olan Allah!

Ramazan iyirmi yeddinci günün duası

28-ci günün duası

İlahi, bu ayda nafilə əməllərdən mənim nəsibimi bol et, Qiyamət günü suallarına hazır olmaq üçün mənə lütf göstər, vəsilələr arasında Sənə yetişmək üçün vəsiləmi bu ayda yaxın et, ey israrlıların dualarını eşitməkdən məmnun olan Allah!

Ramazan iyirmi səkkizinci günün duası

29-cu günün duası

İlahi, mənə bu ayda rəhmət bəxş elə, bu ayda mənə uğur və ismət müyəssər et, qəlbimi töhmət zülmətlərindən pak et, ey Öz mömin bəndələrinə Rəhm Edən Allah!

Ramazan iyirmi doqquzuncu günün duası

30-cu günün duası

İlahi, ağamız Məhəmməd (s) və onun pak Əhli-beytinə xatir, bu ayda mənim orucumu Özun və Peyğəmbərinin razı olduğu kimi mükafatlandırıb qəbul et. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur!

Ramazan otuzuncu günün duası

Ramazan ilə əlaqəli digər məqalələrimiz:
Məqaləyə emosiya bildir:
4 il əvvəl
41782 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Cavid_313☝ (1 il əvvəl)
Amin Ya Rəbbim
Sehla (3 il əvvəl)
Allah hamiya komek olsu
Oxşar yazılar
Sevgi qeydləri - Ən şirin sevgi mesajları
Ən gözəl sevgi sözcükləri, sevgi mesajları, sevgiliyə yazmaq üçün mənalı sevgi...
  • 10 ay əvvəl
  • 14576
Azanla əlaqəli sözlər
Azan haqqında olan ən gözəl və mənalı sözləri sizə təqdim edirik. Azan islamın...
  • 11 ay əvvəl
  • 7596
Instagram-da fotolara yaza biləcəyiniz sevgi sözləri
Sevgi hisslərinizi göstərmək üçün Instagram-da fotolarınıza yaza biləcəyiniz sevgi...
  • 11 ay əvvəl
  • 9453
Xoş gəldin, may mesajları
Mayın gəlişi ilə bağlı yazılı şəkillər hazırlamışıq. Bunları Whatsapp durumunuzda...
  • 12 ay əvvəl
  • 7997
Qız övladı haqqında gözəl sözlər
Atanın qız övladı üçün whatsapp statusda paylaşmaq üçün gözəl sözlər. Anadan...
  • 1 il əvvəl
  • 24283
Facebook üçün qısa statuslar
Milyonlarla insan bir-biri ilə əlaqə saxlamaq və hisslərini bölüşmək üçün Facebook-dan...
  • 1 il əvvəl
  • 10580