
Ramazan bayramı təbrik videoları və təbrik mesajları
Dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirik, tutulan oruc və edilən duaların qəbul olmasını diləyirik.
Müqəddəs Ramazan bayramı ilə əlaqəli təbrik videolarını müxtəlif mənbələrdən topladıq. Ramazan bayramı videolarını onlayn izləyə bilərsiniz və ya videonu telefonunuza endirərək whatsapp statusunuzda paylaşa bilərsiniz.
Ramazan bayramı təbrik videoları
Bu ən xoşbəxt günümüzdə, gözəl və özəl insanlara, sayğılarımı, sevgilərimi, dualarımı göndərirəm. Hər gününüz bir bayram olsun. Ramazan bayramınız mübarək olsun.
Ən gözən anları birlikdə keçirmək, ən gözəl xatirələri bu bayramda yeniləmək arzusu ilə, Ramazan bayramınız mübarək.
İnsan - keçmişin həsrətçisi, gələcəyin gözləyəni, yaşadığı anın şikayətçisidir. Allah bizi şikayət edənlərdən deyil, şükr edənlərdən eləsin. Xeyirli bayramlar...
Bu gün sevinc günüdür, kədəri bir kənara qoyub xoşbəxt olaq. Ramazan bayramını doya-doya yaşayaq. Hər şeyə qadir olan uca Allah bizi doğru yoldan və sevdiklərimizdən ayırmasın. Ramazan bayramınız mübarək.
Rəbbim nəfsimizə cəlalıyla, qəlbimizə cəmalıyla, səhvlərimizə rəhmətiylə, məhşərdə Məhəmməsiylə kömək etsin. Xeyirli bayramlar...
Həyat yaşamağı, vəfa xatırlamağı, dostluq paylaşmağı, özəl günlər isə xatırlamağı bilənlər üçündür. Ramazan bayramınız mübarək olsun.
Ürəyiniz ümidli, ümidləriniz atlı, sevdanız qanadlı, süfrəniz bərəkətli, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun.
Ya Rəbb, sənə açılan əlləri, sənə yönələn könülləri, sənə bükülən boyunları, sənə yalvaran dilləri geri qaytarma. Bayramınız mübarək.
Ruhu eşq və məhəbbət möhürüylə damğalı, qəlbi sevdalı, sinəsi həyəcan, coşğu tufanı və şukürlə örtülmüş gözəl insan, Ramazan bayramın mübarək.
Dostlarınla paylaş:
1960 dəfə oxundu
ilk.az-çılar nə deyir?